Icma.az
close
up
RU
Ailədə Şeyxin yolunu davam etdirə biləcək biri yoxdur Cavanşir Paşazadə

Ailədə Şeyxin yolunu davam etdirə biləcək biri yoxdur Cavanşir Paşazadə

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın dini idarəçilik sistemində son illərin ən diqqətçəkən dəyişikliklərindən biri məscidlərə axundların təyinatı ilə bağlı səlahiyyətli qurumun dəyişdirilməsidir. Uzun müddət bu proses Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzarətində idi və dini liderlərin təyin olunması məhz bu qurumun daxili mexanizmləri əsasında həyata keçirilirdi. Lakin sonradan səlahiyyətin QMİ-dən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsi dini idarəetmədə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi.
Bu dəyişiklik dövlət-dini icma münasibətlərinin yenidən tənzimlənməsi, məsuliyyət bölgüsünün və nəzarət mexanizmlərinin yenilənməsi mənasına da gəlir. 
Modern.az-a müsahibə verən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə bu məsələyə də münasibətini bildirib.

O qeyd edib ki, axundların təyinatının Qafqaz Müsəlmanları İdaərsindən alınmasından sonra bu sahədə heç bir fərq görməyib.
“Hər hansı bir fərq görmürəm. Səlahiyyətlərin alınması deyəndə ki, o ciddi bir şey ifadə etmir. Elmi tərəfini Qafqaz Müsəlmanları İdarəsi yoxlayır, əmrini isə Dini Komitə verir. Biz gərək şəriətin işinə qarışmayaq. Azərbaycanda din dövlətdən ayrıdır. Biz isə bu məsələdə sanki dinin işinə qarışmışıq”. 

Cavanşir Paşazadə bu məsələdə Şeyxin ona heç bir narazılığının olmadığını da qeyd edib:
“Biz Şeyxlə belə məsələləri müzakirə etmirik. Siz ola bilər ki, onu yaxından tanımırsınız”. 
Həccə getmək məsələsinə hələ də Qafqaz Müsəlmanları İdarəsinin nəzarətindən danışan Cavanşir Paşazadə vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsinin razılığı ilə kvota verilir. Hər dövlətdə bu, belə tənzimlənir. Bizdə kvota çox azdır – 500-600 nəfər üçün yer ayrılır. 
Ailədə Şeyxin yolunu davam etdirə biləcək biri yoxdur:
“Bizim ailəmizdə əzəldən dinə bağlılıq olub. Amma nəslimizdə tam dindar adam olmayıb. Şeyxin ailəsi Quran oxuyur, qızları namaz qılır. Amma ailədə Şeyxin yolunu davam etdirə biləcək biri yoxdur”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri