Icma.az
close
up
RU
Ailələrdə uşaq sayı təxminən üç olmalıdır Sosioloqdan TƏKLİFLƏR

Ailələrdə uşaq sayı təxminən üç olmalıdır Sosioloqdan TƏKLİFLƏR

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illərdə Azərbaycanda ailə institutunun zəifləməsi, doğum səviyyəsinin azalması narahatlıq doğurur. Bu problemlərin həlli üçün müxtəlif ölkələrdə tətbiq olunan sosial dəstək proqramlarının Azərbaycanın da gündəminə gətirilməsi zərurəti yaranıb. Qardaş Türkiyədə bu məsələnin həlli üçün bir sıra güzəştlər tətbiq edilib.

Bəs Azərbaycanda hansı işlər görülməlidir ki, doğum səviyyəsi artsın, ailələrin sosial vəziyyəti normallaşsın?

Mövzu ilə bağlı Redaktor.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, digər dövlətlər ailələrə sosial dəstəyi gücləndirmək üçün genişmiqyaslı proqramlar tətbiq etsə də, Azərbaycanda isə illərdir bu cür tədbir görülmür:

"Türkiyə hökuməti ailələrə yeni dəstək paketi tətbiq etdi, sosial dəstək artırıldı, yeni yardımlar tətbiq olundu. Yeni qəbul edilən sosial dəstək paketində doğuma görə birdəfəlik müavinət 5000 lirəyə (təxminən 250 AZN) qədər artırıldı.Bundan əlavə, birinci, ikinci uşaqlara aylıq ödənişlər, üç və daha çox uşaqlara daha yüksək ödənişlər tətbiq olundu. O cümlədən ailələrə iki illik güzəştli kreditlər tətbiq olunur. Yəni çox sayda sosial dəstək proqramı var. Demək olar ki, belə bir dəstək paketləri bütün ölkələrdə var. Elə qonşu ölkələrdə - Rusiya, Gürcüstan, Ermənistan, İran, eyni zamanda Avropa ölkələrində də var. Yalnız Azərbaycandan başqa. Çox uzun illərdir ki, bütün cəmiyyət bunun davasını döyür ki, buna ehtiyac var, vacibdir. Açıq-aşkar bizim ehtiyacımız daha çoxdur".

Sosioloqun sözlərinə görə, Azərbaycanda ailələrin rifahını artırmaq və doğum göstəricilərini yüksəltmək üçün bir sıra addımların atılması zəruridir:

"Rəqəmlərə, statistikaya baxanda aydın olur ki, boşanmalar 50 faizə çatıb. Yəni çox biabırçı, faciəvi bir vəziyyətdir, ailə institutumuz dağılıb, evlənmələr kəskin azalıb. Bir uşaqlı ailələrin sayı artıb. Artıq bir uşaqlı ailə modelinə keçmişik. Nadir hallarda iki-üç uşaq olur. Bir xalqın davamlılığı üçün ailələrdə uşaq sayı təxminən üç olmalıdır. Ortalama əgər bir və iki olursa, burada ciddi azalma gedir. 30-40 il ərzində həmin millətin qocalması baş verir və məhv olur. Bu, yalnız strateji, milli təhlükəsizlik məsələsidir. Bu baxımdan Azərbaycanda da mütləq şəkildə ehtiyac var ki, yeni qurulan ailələrə birbaşa dəstək verilməlidir. Sosial ipoteka formasında normal bir məbləğdə ev almalarına kömək olunmalıdır, doğum zamanı birdəfəlik yardım artırılmalıdır, uşaq pulu bərpa olunmalıdır. Sovet dövründə çox uşaqlılara görə əlavə yardımlar var idi. Sovet dövründə beş-altı uşaq olanda qəhrəman ana statusu verilirdi. Onlar bərpa olunmalıdır. Buna həddən artıq ehtiyac var. Yəni burada artıq əks fikir söyləmək mümkün deyil. Hərçənd, bəzi deputatlar arada bir deyirdi ki, bizdə ehtiyac yoxdu, amma dövlətin rəsmi statistikası göstərir ki, çox güclü ehtiyac var. Faktiki olaraq boşanma, evlilik, uşaq doğumunun sayının orta tərkibinə baxmaq kifayətdir".

E.Bayramlı əlavə etdi ki, bu tədbirlərin tətbiqi artıq gecikib və bu gün addımlar atılsa belə, nəticələr yalnız uzunmüddətli dövrdə hiss olunacaq.

"Yəni belə böyük bir ehtiyac şəraitində hələ də hansısa səbəbdən bunun tətbiq olunmaması başa düşülən deyil. Bunun üçün maliyyə imkanları həddindən artıq çoxdur. Hətta o qədər çoxdur ki, bizim büdcədə hər il bir neçə milyard xərclənməmiş pul qalır, strateji rezervlərimiz sürətlə artır, 75 milyardı keçib. Neft Fonduna yığılan pullar bir xalqın gələcəyi üçündür, sağlamlığı üçündür, sağlam gələcəyi üçündür. Onu bu sağlam gələcəyə xərcləməyib, nəyə xərcləyəcəyik, nəyə yığırıq? Bu məsələlər artıq kritik həddə gəlib. Onsuz da çox gecdi, bundan sonra hətta tədbir görsələr belə, yaxın illərdə bu problem tamamilə aradan qalxmayacaq. Çünki elə bir vəziyyətə gəlib çıxıb ki, həm sosial problemlərdən, həm mənəvi deqradasiyadan bütün ailə sistemimiz məhv olub. Uşaq dünyaya gətirmək arzusu insanlarda yoxdur, çalışırlar ailələrdə maksimum bir-iki uşaq olsun. Bu, çox ciddi bir problemdir. Bütün ölkələr bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edirlər. Saysız-hesabsız güzəştlər, yardımlar, stimullaşdırıcı addımlar atırlar. Məsələn elə, Rusiyada birinci uşaq doğulanda bizim pulla 11-12 min manat, ikinci uşaq doğulanda təxminən 13-14 min manat, üçüncü uşağı olanda 17 min manat məbləğində birdəfəlik köçürmə olur", - deyə sosioloq qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri