Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

Ailələri valideynlər dağıdır VƏKİL

Ailələri valideynlər dağıdır VƏKİL

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycanda nikahların azalması, boşanmaların artması dünyada ailə institutu ətrafında baş verənlərin pis nümunəsidir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva "Xeyirxahlıq ailədən başlayır" təliminin açılışında deyib.

O, cəmiyyətin ailə institutunun möhkəmlənməsi istiqamətində birgə mübarizə aparmasının vacibliyini vurğulayıb:

"Ailələr dövlətin yanında olmalıdırlar. Onlar "Azərbaycan ailə modeli necə olmalıdır" düşüncəsini yaxşı nümayiş etdirməlidirlər".

Necə mübarizə aparaq ki, boşanmalar olmasın?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil İsrafil Əlili bildirib ki, nikaha daxil olan şəxslərə psixoloji dəstək göstərilməsi ailələrin dağılma riskini azalda bilər.

O qeyd edib ki, bu gün bir çox ailələrin dağılmasında üçüncü şəxslərin, xüsusilə də valideynlərin müdaxiləsi rol oynayır:

“Nikaha daxil olmaq üçün hər iki tərəf qeydiyyat şöbələrinə və ya “ASAN xidmət”ə müraciət edir. Orada onlardan müəyyən analizlər alınır. Məncə, bu analizlərlə yanaşı, tərəflərə psixoloji dəstək də göstərilməlidir. Ümumiyyətlə, təəssüf ki, bir çox şəxs nikaha daxil olarkən ailənin mahiyyətini anlamır. Buna görə də yaxşı olardı ki, psixoloq tərəfindən tərəflərə ailənin mahiyyəti, nə olması barədə məlumat verilsin.
Təbii ki, iki və ya daha çox insan bir yerdədirsə, mübahisə qaçılmazdır. Amma son vaxtlar görürük ki, hətta xırda mübahisələrdə belə tərəflər bəzən boşanmağa üz tuturlar. Hesab edirəm ki, burada tərəflərlə bərabər, birbaşa təlimə cəlb olunmasalar da, heç olmasa KİV vasitəsilə böyüklərə də, yəni tərəflərin valideynlərinə də müəyyən maarifləndirici təlimlər keçirilsin".

O bildirib ki, son vaxtlar sırf üçüncü şəxslərin, xüsusilə də tərəflərin valideynlərinin, yəni qayınana və qayınatların müdaxiləsi nəticəsində ailələrin dağılması halları xeyli çoxalıb:

"Ümumiyyətlə, əgər bu şəxslər yetkinlik yaşına çatıb ailə qururlarsa, hüquqi dillə desək, nikaha daxil olurlarsa, üçüncü şəxslərin müdaxiləsi mümkün qədər az olmalı və ya ümumiyyətlə, olmamalıdır. Olanda belə elə olmalıdır ki, bu, ailənin dağılması ilə nəticələnməsin”.

Vəkil vurğulayıb ki, bu gün bir çox valideynlər övladlarını yetkin şəxsiyyət kimi formalaşdırmır və bu da sonradan ailə münasibətlərinə mənfi təsir göstərir:

“Əksər hallarda görürəm ki, valideynlər öz övladlarını yetkin insan, şəxsiyyət kimi yetişdirmirlər. Bu da sonda gənclərin ən xırda problemlərdə boşanma ilə nəticələnir. Mən hesab edirəm ki, valideynlər övladları problem yaşadığı zaman dərhal qarşı tərəfə yüklənməməlidirlər. Birinci növbədə problemi dinləməlidirlər.

Hətta qarşı tərəfdə günah olsa belə, yenə də sakit davranmalı, övladına öyüd-nəsihət verməlidirlər. Təbii ki, elə hallar var ki, boşanma qaçılmaz olur, məsələn, şiddət və ya pis vərdişlər   ailədə dözümsüzlük yaradır. Amma çox hallarda ən xırda məsələlərə görə boşanmalar xeyli yayılıb və burada valideynlərin də rolu var. Ona görə də valideynlər nə qədər müdrik davransalar və övladlarına düzgün məsləhətlər versələr, boşanmaların sayı xeyli azalar”.

İsrafil Əlili əlavə edib ki, ailələrdə əsas problem tolerantlığın olmamasıdır:

“Yaxşı olardı ki, qadın kişinin nə istədiyini, kişi də qadının nə istədiyini başa düşsün. Çünki hər ikimiz “Homo sapiens” olsaq da, qadın və kişinin xarakteri, təbiəti bir-birindən fərqlənir. Kamil insan hər şeyin üstündə mübahisə yaratmaz.

Evli cütlüklərə məsləhət görərdim ki, sevgidən çox, bir-biri ilə həm də dost olsunlar. Ər-arvad arasında dostluq olan zaman ailə daha möhkəm olur və boşanma ehtimalı azalır. Əsas problem ailələrdə tolerantlığın olmamasıdır, yəni ən xırda mübahisədə belə tərəflərin bir-birinə  dözümlülüyü yoxdur. Bu da boşanmaya gətirib çıxarır.

Hesab edirəm ki, burada da ən böyük günah həmin cütlüyü, yəni ər-arvadı böyüdən valideynlərə düşür. Çünki hər kəs özünü haqlı və ağıllı sayır, elə bilir ki, onun dediyi doğrudur. Belə insanla nəinki ailədə, iş mühitində və digər sosial münasibətlərdə də yola getmək çətindir. Gərək insanlar ilk növbədə kompromisə getməyi, xırdalı- irili səhvlərini etiraf etməyi və onlardan nəticə çıxarmağı bacarsınlar”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see365

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see279

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see276

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see261

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see234

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see231

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see231

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see227

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see223

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see217

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see214

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see211

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see208

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see203

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see203

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see202

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see181

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see181

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see178

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri