Icma.az
close
up
RU
Menu

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Bakının 27 istiqamətində tıxac VAR Foto

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Ailələrinə qarşı çıxan Krallıq uşaqları (SİYAHI)

Ailələrinə qarşı çıxan Krallıq uşaqları (SİYAHI)

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Krallıq ailələrində sərt protokol və ənənələr əsrlərdir qorunur. Bu qaydalar ailə üzvlərinin şəxsi həyatına belə ciddi təsir göstərir.

Qaynarinfo xəbər verir ki, əksər hallarda kral ailəsinin üzvləri müəyyən edilmiş çərçivəyə uyğun hərəkət etsələr də, zaman-zaman bu qaydalara qarşı çıxanlar da olub. Sevgi və şəxsi seçim uğrunda taxtdan, tituldan və imtiyazlardan imtina edən kral ailəsi üzvləri tarixə düşüblər.


VIII Eduard

1936-cı ildə Kral-İmperator VIII Eduard amerikalı elita nümayəndəsi, iki dəfə boşanmış Uallis Simpson ilə evlənmək istədiyini açıqladıqda Britaniya İmperiyasında konstitusion böhran yarandı. Birləşmiş Krallıq, dominion hökumətləri və İngilis Millətlər Birliyi evliliyə qarşı çıxdı. Dini, hüquqi və siyasi etirazlar səsləndirildi.

İngiltərə kilsəsinin başçısı olan kralın boşanmış və keçmiş həyat yoldaşları sağ olan bir qadınla kilsədə evlənməsi mümkün deyildi. Eduardın qərarından geri çəkilməməsi nəticəsində o, 1936-cı ilin dekabrında taxtdan imtina etdi. Bundan sonra ona Vindzor hersoqu titulu və "Royal Highness” statusu verildi. Eduard və Simpson 1937-ci ildə evləndilər və 35 il kralın ölümünə qədər  birlikdə yaşadılar.


Şahzadə Marqaret

Kraliça II Elizabetin kiçik bacısı Şahzadə Marqaret də sevgi uğrunda çətin seçim edən kral ailəsi üzvlərindən olub. O, özündən 16 yaş böyük, boşanmış zabit Peter Tounsend ilə evlənmək istəyirdi. Lakin hökumət və kilsə bu nikaha qarşı çıxdı.

Kraliça bacısından bir il gözləməsini istədi. Nəticədə Marqaret 1960-cı ildə fotoqraf Antoni Armstrong-Cones ilə evləndi. İlk vaxtlarda uğurlu görünən bu evlilik sonradan problemlərlə üzləşdi və cütlük 1978-ci ildə boşandı.


III Çarlz 

29 iyul 1981-ci ildə Ledi Diana Spenserlə evlənən Kral III Çarlz sonradan keçmiş münasibəti olan Kamilla Parker Boules ilə əlaqəsini yenidən bərpa etdi. Telefon danışıqlarının mətbuata sızmasından sonra münasibət haqqında ictimaiyyətə açıqlandı. Çarlz və Diana 28 avqust 1996-cı ildə boşandılar. Diana 31 avqust 1997-ci ildə Parisdə avtomobil qəzasında həyatını itirdi.

Bütün tənqidlərə baxmayaraq, Çarlz Kamilla ilə münasibətini davam etdirdi. Onların nişanı 10 fevral 2005-ci oldu və 9 aprel 2005-ci ildə rəsmi nikah bağlandı.


Sasseks hersoqu, Şahzadə Harri 

Amerikalı aktrisa Meqan Markl ilə 2018-ci ilin mayında evlənən Şahzadə Harri 2020-ci ilin yanvarında həyat yoldaşı ilə birlikdə kral ailəsindəki rəsmi vəzifələrindən imtina etdiyini açıqladı. Onların bu qərarı dünya mediasında geniş rezonans doğurdu.


Akişino Şahzadəsi Mako Komuro

Yaponiya imperator ailəsinin üzvü, imperator Naruhitonun qardaşı qızı Şahzadə Mako da zadəgan ailədən olmayan sinif yoldaşı ilə evlənmək qərarı verdikdən sonra bütün kral titullarından imtina etdi. O, nikah mərasimini rəsmi imperator protokolu olmadan keçirdi və imperator ailəsindən ayrılan qadın üzvlərə verilən maddi ödənişdən də imtina etdi.


Beləliklə, tarix göstərir ki, kral ailələrində sərt qaydalar hökm sürsə də, bəzi üzvlər şəxsi seçimlərini və sevgini titul və imtiyazlardan üstün tutaraq ənənələrə qarşı çıxmaqdan çəkinməyiblər.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see359

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see309

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see279

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see253

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see248

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see243

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see229

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see224

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see224

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see221

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see206

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see202

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see202

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see199

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see193

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see193

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see193

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see187

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see183

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri