Icma.az
close
up
RU
“Ailəmi dağıtmaq istəmirdim, səbr etdim, amma 6 ildən sonra ayrıldım”FOTOLAR

“Ailəmi dağıtmaq istəmirdim, səbr etdim, amma 6 ildən sonra ayrıldım”FOTOLAR

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hamı bilir ki, mən Türkiyədə baş vermiş zəlzələdən qorxub vətənimə gəldim. Amma əksər insanlar elə bilir ki, mən həyat yoldaşımdan ayrılıb gəlmişəm. Mən gələndə hələ ayrılmamışdım. Bütün problemlər bundan sonra baş verdi və mən Azərbaycanda yaşamaq məcburiyyətində qaldım. Sonra da bir-birinin ardınca serial və film təklifləri gəldi. Məclis aparıcılığı da edirəm. Bilirsiniz ki, mən universitet illərindən özüm çalışmışam, yalnız ailəli olduğum müddətdə çalışmadım. Çünki övladımın atası icazə vermirdi. İndi yenə də sənətimə qayıdıram və bundan çox xoşbəxtəm. Sənət adamı sənətsiz qala bilmir. Övladımla da çox xoşbəxtəm, onu çox sevirəm. Əslində sevərək ailə həyatı qurmuşdum, amma bəzən insan görür ki, sevgi yetərli deyil. Ailə həyatının davam etməsi üçün qarşılıqlı hörmət lazımdır. Aramızdakı qarşılıqlı hörmət itmişdi. Ailəmizə kənar müdaxilələr də oldu. Bundan başqa bütün ailələrdə olduğu kimi qaynana və baldız müdaxiləsi də ailəmizi dağıdan faktorlardandır. 6 illik ailə həyatımız buna görə dağıldı” 

Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Cəmilə Tağızadə deyib. O daha sonra əlavə edib:

“Hazırda bütün günü qaçaqaçdayam. Bu mənim üçün çox çətindir. Evin həm qadınıyam, həm də kişisi. Həm anayam, həm də ata. Bir növ anamın taleyini yaşayıram. Allah təki bizi ailəmizin itkiləri ilə sınağa çəkməsin. Çünki anam həyat yoldaşını da, övladını da itirib. Sənətdən gedəndən sonra geri qayıtmaq, yenidən başlamaq, boşluğu doldurmaq çox çətindir. Bilirsiniz problem nədir? Sənin bir aktrisa kimi tipajın ola bilər, amma bu heç kimə önəmli və maraqlı deyil. Hər kəsə maraqlı olan budur ki, ucuz qiymətə aktrisaları dəvət edib çəkirlər. Çox təəssüf ki, bu prodakşınlara daha çox sərf edir. Hazırda Arb-də yayımlanan “Sara” serialında çəkilirəm. Canlandırdığım həbsxana işçisi mənfi roldur. Çox böyük və gözəl kollektivlə birlikdə çalışıram. Oksanaya da, Ziyaya da, Sain Qəhrəmana da təşəkkür edirəm ki, bu rolda məni görüb dəvət ediblər. Vidadi Həsənov, Həmidə Ömərova kimi sənətkarlarla birlikdə eyni serialda rol almaq çox xoşdur” deyə aktrisa bildirib.

“Nə vaxtsa ailə həyatı qura bilərsinizmi?” sualına Cəmilə Tağızadə belə cavab verib:

“Xeyr, qətiyyən. Bir dəfə ailə həyatı qurmuşam, ikinci dəfə istəmərəm. Bu mənə yetərli oldu. Mən onsuz da gec-30 yaşımda ailə həyatı qurmuşdum. Bunu da çəkinə-çəkinə etmişdim. Həqiqətən də qorxan gözə çöp düşər. Düşdü də. Mən həqiqətən də boşanmaq istəmirdim. 6 il o ailənin yükünü çiyinlərimdə daşıdım. Böyük fədakarlıq etdim. İndi çox xoşbəxtəm, huzurum var, evdə davam yoxdur. Heç kim mənə qaşın üstündə gözün var demir. Mənim artıq daxili aləmimin huzuru pozulmur. Bu nəyə desən dəyər. Bircə maddi sıxıntılarım var. Düşünürəm ki, o da düzələcək. Tək ailəyə baxmaq çox çətindir. Heç kimə ərsiz, atasız, qardaşsız qalmağı arzu etmirəm. Qoy bütün xanımlarımız xoşbəxt olsun. Mən bütün xanımlarımıza xoşbəxtlik arzu edirəm. Ümid edirəm ki, mənim arzularım da 2025-ci ildə gerçəkləşər. Kimin nə niyyəti varsa arzu edirəm ki, hamısı həyata keçsin. Yeni ilimiz də mübarək olsun” deyə aktrisa bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Dekabr 2024 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri