Ailəsini gizli saxlayan Mahsun Kırmızıgülün həyatını nə dəyişdirdi?
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mahsun Kırmızıgül 1969-cu ildə Bingöldə yoxsul bir ailədə dünyaya gəlib.
Uşaqlıqdan ailəsinə dəstək olmaq üçün işləməyə başlayıb. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərən Mahsun yerli toy məclislərində səhnəyə çıxaraq səsi ilə diqqət çəkib.
Musiqi karyerasına başlamaq məqsədilə İstanbula yollanıb və burada ağır həyat şəraiti ilə üzləşib. Elə günlər olub ki, gecələməyə yeri belə olmayıb. 1990-cı illərdə çıxardığı albomlarla məşhurlaşaraq arabesk və pop musiqisini birləşdirən üslubu ilə geniş kütlənin rəğbətini qazanıb.
1995-ci ildə tanış olduğu Seda Sayanla üç il imam nikahı ilə birlikdə yaşayıb. Lakin rəsmi nikah baş tutmadığı üçün münasibətləri sonlanıb. 2007-ci ildə "Beyaz Melek" filmi ilə Mahsunun həyatı yeni mərhələyə qədəm qoyub. O, artıq rejissor və ssenarist kimi də tanınıb.
Filmlərində köç, ayrı-seçkilik və yoxsulluq kimi sosial mövzulara toxunaraq milyonlarla insanın qəlbinə yol tapıb. Şəxsi həyatını və ailəsini mediadan uzaq saxlayan Mahsun Kırmızıgül bu gün də musiqi və kino sahəsində iz qoymağa davam edir.
Ətraflı Baku TV-nin süjetində:
Ailəsini gizli saxlayan Mahsun Kırmızıgülün həyatını nə dəyişdirdi?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 28 İyul 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















