Aİnin missiyasının sərhəddə yerləşdirilməsinə lüzum yoxdur Hikmət Hacıyev
Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İki ölkənin sərhəddində üçüncü dövlətin missiyasının yerləşdirilməsi narahatlıq doğurur. Azərbaycan bunu dəfələrlə bəyən edib.
Bunu Teleqraf.com-un sorğusuna cavabında Prezidentin Xarici Siyasət Məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib.
Aİ-nin missiyasının sərhəddə yerləşdirilməsinə lüzum yoxdur. Bu fəaliyyət başa çatmalıdır. Ona görə ki, missiyası yerləşdirilən zaman Prezident İlham Əliyev və Makronun iştirakı ilə Praqada qərara alınmışdı bu qısa müddətə olacaq. Amma təəssüf ki, bunun vaxtı və mandatı genişləndirilir. Ermənistan - Azərbaycan arasında qarşılıqlı anlaşma şəklində delimitasiya və demarkasiyası prosesi aparılırsa, burada üçüncü qüvvənin olasına ehtiyac yoxdur. Onun tərkibi hərbçilərlə zənginləşdirilib. Onlar regionda sülhün möhkəmləndirilməsinə xidmət etmirlər. Sülhün gücləndirilməsi iki ölkə arasında gedən prosesdir. Aİ-nin sərhəddə olması vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq. Təəssüf ki, bəzi Aİ ölkələri Aİ adından Ermənistanda militarizasiya proqramları həyata keçirir.
Baxış sayı:103
Bu xəbər 12 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















