Aİnin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? Rəsmi açıqlama
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfində müşahidə missiyası həyata keçirən Avropa İttifaqı missiyanın müddəti bitdikdən sonra 200-dən çox mülki müşahidəçinin burada qalıb-qalmamasını hələ dəqiqləşdirməyib.
Publika.az xəbər verir ki, Avropa İttifaqının səfiri Vasilis Maraqos “Azadlıq” radiosunun sualını cavablandırarkən bildirib ki, hələlik yekun qərar yoxdur. O, həmçinin rəsmi İrəvanın missiyanın müddətinin uzadılması ilə bağlı müraciət edib-etmədiyini dəqiqləşdirməyib.
“Missiya müddətini uzatmaq qərarı hələ verilməyib, lakin biz bu məsələ üzərində işləyirik. Bu, Ermənistan hakimiyyəti ilə müzakirə mərhələsindədir”, - Aİ səfiri bildirib.
2023-cü ilin fevral ayından Avropalı müşahidəçilər Ermənistana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədinin monitorinqi və sərhədyanı ərazilərdə sabitliyin təşviq edilməsi missiyası ilə ofislər açıblar.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















