“Air Astana” Bakı Atırau Bakı marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mayın 31-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Qazaxıstanın “Air Astana” aviaşirkətinin Atıraudan Bakıya ilk uçuşunun təntənəli qarşılanma mərasimi keçirilib.
Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
İlk sərnişinləri səfir Alim Bayel, “Air Astana” aviaşirkətinin nümayəndələri və Bakı aeroportunun rəhbərliyi qarşılayıb.
Səfir Alim Bayel qeyd edib ki, ölkələr arasında əlaqələrin intensivliyinin göstəricilərindən biri onlar arasında uçuşların sayıdır.
"Biz şadıq ki, reyslərin sayı artır və ölkələr arasında uçuşların coğrafiyası genişlənir. Bu yay Qazaxıstanla Azərbaycan arasında uçuşların sayı həftədə 34 dəfəyə çatacaq. Eyni zamanda biz icazə verilən uçuşların sayını 70-ə çatdırırıq. Yəni artım davam edəcək. İndi Bakıdan Astana, Almatı və Aktauya təyyarələr uçur. Buraya Çimkent şəhəri də əlavə olunacaq”, - diplomat bildirib.
Atırau-Bakı reysləri həftədə üç dəfə bazar ertəsi, çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Uçuş müddəti 1 saat 30 dəqiqədir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 01 İyun 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















