“Air India” Yəməndən edilən hücumdan sonra Təl Əviv reyslərini 6 mayadək dayandırdı
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistanın “Air India” hava yolları şirkəti, Ben Qurion hava limanı ərazisinə raket qalıqlarının düşməsindən sonra Təl-Əvivə olan reyslərini 6 may 2025-ci il tarixinədək dayandırdığını açıqlayıb.
APA xəbər verir ki, bu barədə məlumat şirkətin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yer alıb.
“Bu səhər Təl-Əvivdə baş verən hadisələrlə əlaqədar olaraq, müştərilərimizin və əməkdaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə Təl-Əvivə və Təl-Əvivdən olan uçuşlarımız 2025-ci il 6 mayadək dayandırılır”, – deyə məlumatda bildirilir.
Aviadaşıyıcı müştərilərinə alternativ uçuş variantları, biletlərin pulsuz dəyişdirilməsi və ya uçuşun ləğvinə görə tam ödənişin geri qaytarılması imkanlarını təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 04 May 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















