Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb
Fanat saytına istinadən Icma.az xəbər verir.
Sumqayıtlı boksçu Aişə Muradova qızlar arasında keçirilən Azərbaycan birinciliyində uğurlu çıxışı ilə fərqlənib.
Fanat.Az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı mərhələ-mərhələ irəliləyərək finala yüksəlib və həlledici görüşdə rəqibini məğlub edərək birinci yerə sahib olub.
Yarış yüksək rəqabət şəraitində keçib və ölkənin müxtəlif bölgələrindən olan güclü idmançılar birincilik uğrunda mübarizə aparıblar. Aişə Muradovanın çıxışı isə həm texniki hazırlığı, həm də döyüş intizamı ilə fərqlənib.
Aişə Muradova əməkdar məşqçi Rüfət Aslanovun yetirməsidir. Rüfət Aslanov uzun illərdir boks sahəsində çalışır və onun rəhbərliyi altında yetişən idmançılar respublika və beynəlxalq yarışlarda müxtəlif uğurlara imza atıblar.
Aişə Muradovanın bu nailiyyəti Sumqayıt boks məktəbinin son illərdə əldə etdiyi nəticələrə daha bir uğur kimi əlavə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 09 İyun 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















