Icma.az
close
up
RU
AJet in Bakı reysində baqaj qalmaqalı: 200 sərnişin yükünü ala bilmədi

AJet in Bakı reysində baqaj qalmaqalı: 200 sərnişin yükünü ala bilmədi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Türkiyənin AJet aviaşirkətinin İstanbul–Bakı reysində sərnişinlər ciddi problemlə üzləşdiklərini bildirirlər.

Qaynarinfo xəbər verir ki, iddialara görə, AJet-in VF177N nömrəli reysi iyunun 20-də saat 12:35-də İstanbulun Sabiha Gökçən hava limanından havaya qalxaraq saat 16:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. Lakin təyyarədə olan sərnişinlər enişdən sonra baqajlarını ala bilməyiblər.

Sərnişinlərin sözlərinə görə, təxminən bir saat gözlədikdən sonra onlara baqajların təyyarəyə ümumiyyətlə yüklənmədiyi məlum olub. Bildirilir ki, 200 nəfərə yaxın sərnişinin baqajı Bakıya gətirilməyib.

Narazı sərnişinlər qeyd edirlər ki, aviaşirkətin nümayəndələri hadisə ilə bağlı əvvəlcə heç bir açıqlama verməyiblər. Yalnız hava limanı əməkdaşlarının təkidindən sonra sərnişinlərlə görüşən AJet nümayəndəsinin verdiyi məlumat vəziyyəti daha da mürəkkəbləşdirib.

İddialara əsasən, sərnişinlərə baqajların növbəti 5 gün ərzində hissə-hissə göndəriləcəyi bildirilib. Bununla yanaşı, hansı sərnişinin yükünün nə vaxt çatdırılacağı barədə dəqiq məlumat verilməyib.

Bu isə sərnişinlərin hər gün hava limanına gələrək öz yüklərinin gəlib-gəlmədiyini yoxlamalı olması deməkdir. Şikayətçilər bildirirlər ki, tranzit reyslə səyahət edən bəzi sərnişinlərin baqajları təhvil verilsə də, birbaşa Bakı istiqamətində uçan sərnişinlərin yükləri verilməyib.

Sərnişinlər beynəlxalq aviasiya təcrübəsində bu cür hallarda gecikən baqajların sahiblərinin ünvanına çatdırılmasının tətbiq edildiyini xatırladaraq, AJet-in məsuliyyəti üzərinə götürmədiyini və yaşanan narahatlığa görə üzrxahlıq etmədiyini bildirirlər.

Məsələ ilə bağlı AJet aviaşirkətinin rəsmi mövqeyini əldə etmək mümkün olmayıb. Aviaşirkətin açıqlaması olduğu təqdirdə material yenilənəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2026 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri