AK: Aİ ABŞ yə 600 milyard dollar sərmayə qoymaq vədlərini öhdəlik kimi qəbul etmir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Report” xəbər verir ki, bu barədə AK nümayəndəsi Olaf Cill Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, ABŞ Prezidenti Donald Trampın Brüsselin qarşıdakı üç il ərzində ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə yatırmaq vədlərinə əməl etməyəcəyi təqdirdə Aİ-yə qarşı tarifləri 15 %-dən 35 %-ə qaldıra biləcəyi barədə bəyanatını şərh edərkən belə deyib.
“ABŞ-yə bildirdiyimiz rəqəmlər niyyətimiz idi, Avropa şirkətlərinin ABŞ iqtisadiyyatına mümkün investisiyaları və onların enerji alışları ilə bağlı məcmu rəqəmlər idi. AK şirkətləri buna məcbur etmək səlahiyyətinə malik deyil və heç belə səlahiyyət axtarmır da, biz yalnız öz niyyətlərimizi qarşı tərəfə çatdırdıq”, - Cill söyləyib.
AK nümayəndəsi həmçinin Trampın Avropa mallarına tarifləri maksimum 15 % səviyyəsində saxlamaq vədini Aİ-nin ABŞ-dən aldığı “açıq-aydın öhdəliklər” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 07 Avqust 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















