Icma.az
close
up
RU
AK Partidən Baxçalının təklifinə VETO

AK Partidən Baxçalının təklifinə VETO

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Mayın 12-də PKK terror təşkilatının buraxılması və tərksilah edilməsi ilə bağlı bəyanatından sonra Milliyyətçi Hərakat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərliyi ilə komissiyanın yaradılmasını təklif edib. 

“Cebheinfo.az” xəbər verir ki, onun təklifinə əsasən 16 siyasi partiyanın 100 nəfər üzvündən ibarət komissiya yaradılmalıdır. TBMM sədri Numan Kurtulmuş MHP liderinin təklifi ilə bağlı prosesin əvvəlki ilə müqayisədə qeyri-adi dərəcədə yaxşı olduğunu deyib: 

“Ümumi mənada planlaşdırıldığı kimi irəliləyir. Proses yayın sonuna qədər tamamlana bilər. Növbəti mərhələdə silahların təhvil verilməsi açıq şəkildə görülməli və üzə çıxmalıdır. Nəticədə, terror təşkilatının silahı yerə qoyduğu dəqiqləşəndən sonra Türkiyə Böyük Millət Məclisi prosesə qoşulmalıdır. Biz sabah parlamentdə buna başlaya bilərik. İmralının açıqlaması, terror təşkilatının ləğvi və üçüncü mərhələ tərksilah prosesidir. 

Siyasətin gündəmə gəlməsi üçün silahların yerə qoyulduğunu və təsdiqləndiyini açıq şəkildə görmək lazımdır”. Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Zəfər Sarıkaya mövzu ilə bağlı “NTV”-yə açıqlama verib: 

“Son 40 ilə baxdığımızda Türkiyənin terror baxımından ödədiyi çox ciddi bədəllər görürük. 40 mindən çox insanımızı itirdiyimiz bu prosesə iqtisadi cəhətdən baxsaq, 1-2 trilyon dollarlıq xərcin təmin edildiyi bir prosesdən bəhs edirik. Ona görə də Baxçalının çağırışı və Prezidentimizin iradəsi ilə başlayan bu proses son dərəcə dəyərlidir. 

Ancaq PKK-nın sadəcə silah buraxdığını açıqlaması yetməz, silahlarını təslim etməlidirlər. Silahların hansısa formada gündəm yaratdığı bir zamanda Türkiyə Böyük Millət Məclisində bu prosesin müzakirə edilməsinin mümkün olmadığı qənaətindəyəm. 

Ona görə də hesab edirəm ki, silahla bağlı bütün əlaqələrin kəsildiyi dövrdən başlayaraq bütün siyasi partiyaların töhfə verə biləcəyi bir prosesə başlamaq TBMM üçün dəyərli və qiymətli olar”. 

O düşünür ki, indiki vəziyyətdə sonrakı mərhələyə keçid doğru deyil:

“Proseslər addım-addım davam etməlidir. Müəyyən bir mərhələdəki bir prosesi növbəti mərhələyə keçirirsinizsə, o mərhələdəki prosedurlar tamamlanmalıdır. Bunları etmədən mərhələni keçməyi doğru hesab etmirəm”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: AK Parti Baxçalı veto

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri