AK: Ukraynaya ayrılan ilk 6 milyard avro dron istehsalına xərclənəcək
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
Avropa İttifaqı (Aİ), Ukraynaya ayrılan 90 milyard avroluq ümumi maliyyələşdirmə paketinin ilk hissəsi kimi, dron istehsalı üçün 6 milyard avro ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqdakı sessiyasında çıxışı zamanı bildirib.
"Aİ Ukraynaya 90 milyard avro ayırmaq vədini yerinə yetirdi. 2026-cı il üçün nəzərdə tutulan 45 milyard avroluq birinci hissəni artıq bu rübdə ödəyəcəyik. Bu vəsaitin ilk tranşı olan 6 milyard avro isə bilavasitə dronların istehsalına yönəldiləcək", — deyə fon der Leyen qeyd edib.
Məryəm Quliyeva
Baxış sayı:169
Bu xəbər 29 Aprel 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















