Akademik İsa Həbibbəyli Albaniyanın ölkəmizdəki səfiri ilə görüşüb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Albaniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətində baş tutan görüş zamanı çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan ilə Albaniya arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən bəhs edib. Akademik İsa Həbibbəyli iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb, bu çərçivədə Azərbaycanla Albaniyanın elmlər akademiyaları, akademik qurumları arasında əlaqələrin qurulmasının və bu istiqamətdə əməkdaşlıq müqaviləsinin imzalanmasının məqsədəuyğun olacağını bildirib.
XQ xəbər verir ki, görüşdə çıxış edən Albaniya Respublikasının Azərbaycandakı səfiri Besart Kadia isə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin elmi-mədəni sahədə də genişləndirilməsinin vacibliyinə toxunub. Səfir Azərbaycan elminə və mədəniyyətinə böyük maraq göstərdiklərini vurğulayaraq, akademiyalar arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını bildirib.
Görüş zamanı akademiyalararası əməkdaşlıq müqaviləsinin mətninin hazırlanaraq tərəflərlə razılaşdırılması qərara alınıb.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli qonağa Azərbaycanın tarixinə həsr olunmuş kitab hədiyyə edib. Qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, onun tarixi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, görüşdə Albaniya səfirliyinin diplomatı Koçi Dorian, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Yanvar 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















