Icma.az
close
up
RU
Akademik Mahmud Kərimovun biblioqrafik göstəricisi nəşr olunub

Akademik Mahmud Kərimovun biblioqrafik göstəricisi nəşr olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 noyabr, AZƏRTAC

Radiasiya fizikası sahəsinin tanınmış alimi, AMEA-nın sabiq prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Mahmud Kərimovun anadan olmasının 75 illiyi münasibətilə alimə həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb.

Mərkəzi Elmi Kitabxanadan AZƏRTAC-a bildirilib ki, nəşr AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi çərçivəsində MEK-in tərtibatında “AMEA rəhbər heyətinin biblioqrafiyaları” seriyası üzrə hazırlanıb.

Akademik Mahmud Kərimov radiasiya fizikası ilə yanaşı elmi-təşkilati fəaliyyət sahəsində də mühüm xidmətlər göstərib. Onun rəhbərliyi dövründə Azərbaycan elminin beynəlxalq inteqrasiyası sürətlənib, xarici elm mərkəzləri ilə əməkdaşlıq genişlənib. 2001–2013-cü illərdə AMEA-ya rəhbərliyi müddətində Naxçıvan və Gəncə bölmələri, Lənkəran Regional Elmi Mərkəzi yaradılıb, gənc kadrların hazırlanması istiqamətində önəmli addımlar atılıb.

M.Kərimov radioekologiya və radiasiya materialşünaslığı sahəsində apardığı tədqiqatlarla da tanınır. O, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində bir sıra beynəlxalq layihələrə Azərbaycan alimlərinin qoşulmasını təmin edib. Alimin elmi fəaliyyətinin nəticələri ölkə daxilində və xaricdə dərc olunmuş 200-ə yaxın əsərdə əksini tapıb.

Yeni nəşrin elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın prezidenti akademik İsa Həbibbəylidir. Kitabın elmi redaktoru Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, redaktorları Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun müdiri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Rəna Cavadovadır.

Göstərici akademikin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, kitab və məqalələrinin biblioqrafiyasını əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri