Icma.az
close
up
RU
Akademik: Mühəndis kadrlarının hazırlanmasında riyazi biliklərin tədrisinə xüsusi diqqət vermək lazımdır AZƏRTAC

Akademik: Mühəndis kadrlarının hazırlanmasında riyazi biliklərin tədrisinə xüsusi diqqət vermək lazımdır AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 9 dekabr, AZƏRTAC

Elm və təhsil müəssisələrinin qarşısında süni intellekt texnologiyaları, data mühəndislik, data analitika, kibertəhlükəsizlik və bu kimi sahələrdə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı mühüm vəzifələr dayanır.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev söyləyib.

Akademik Rasim Əliquliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, COP29 tədbiri, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən dövlət siyasətinin müvafiq qurumların da qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb.

AMEA-nın vitse-prezidenti elmin cəmiyyətdə rolunun, elmi araşdırmaların koordinasiya olunması, intellektual potensialın qorunması və inkişaf etdirilməsi, eləcə də digər müvafiq istiqamətlərdə tədbirlərin görülməsinin zəruriliyinə toxunub. Müasir dövrdə elmin yeni prioritetləri, problemləri və maliyyələşmə mexanizmləri ilə bağlı normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacib olduğunu vurğulayıb.

Rasim Əliquliyev IV Sənaye İnqilabının yaratdığı reallıqların nəticəsi olaraq süni intellektin əmək bazarında bir çox sahələrə nüfuz etdiyini, yeni ixtisasların yaranması ilə yanaşı, bəzi peşələrin sıradan çıxmasına da səbəb olduğunu bildirib. Ali təhsil müəssisələrində əmək bazarının çağırışlarına adekvat kadrların hazırlanmasının önəmini vurğulayan alim qeyd edib ki, bu məqsədlə təhsilin məzmununa dəyişikliklər edilməli, bir sıra dərsliklərdə yer alan materiallara yenidən baxılmalı, müəllimlərin peşə bilikləri təkmilləşdirilməlidir.

“Qlobal çağırışlar və rəqəmsal transformasiyalar data əsaslı cəmiyyətin formalaşdırılmasını daha da zəruri edir”, – deyən alim əlavə edib ki, ifrat böyük məlumatları toplamaq, optimallaşdırmaq, intellektual emal etmək, yüksəkkeyfiyyətli, əhəmiyyətli bilikləri əldə etmək son dərəcə vacibdir. Alim, həmçinin müasir dövrdə mühəndislik elmlərinin qarşısında mühüm vəzifələrin dayandığını, yeni tələblərin müəyyənləşdirildiyini qeyd edib.

Mühəndisliyin qarşısında dayanan problemlərin həllinə diqqət çəkən akademik söyləyib ki, onların aradan qaldırılması həm əmək bazarının yüksəkixtisaslı mühəndislərlə təmin edilməsi, həm də bu sahədə elmi kadrların yetişdirilməsi üçün yeni imkanlar açacaq.

Alimin sözlərinə görə, bu gün süni intellekt, data analitika sahəsində biliklərə dərindən yiyələnmək üçün ehtimal nəzəriyyəsi və riyazi statistika, riyazi məntiq, ali cəbr və digər tətbiqi riyaziyyat metodlarının mənimsənilməsi məsələləri böyük aktuallıq kəsb edir. Bu baxımdan elm və təhsil müəssisələrinin, eləcə də müvafiq dövlət qurumlarının iştirakı ilə müasir mühəndisliyin riyazi problemləri ilə bağlı dəyirmi masaların keçirilməsi, müzakirələrin aparılması məqsədəuyğundur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Dekabr 2024 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see233

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see220

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see219

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see183

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see163

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see144

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see144

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see141

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see127

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see125

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri