Akademik Musiqili Teatrda mükafatlandırma mərasimi keçirilib
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Mayın 4-də açılışı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə reallaşan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının Azərbaycan Dövlət Akademik Musiqili Teatrında mayın 8- də bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, tədbirdə münsiflər heyətinin sədri teatrşünas, professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışaraq qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını xüsusi vurğulayıb.
Qeyd edək ki, 2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulmuş “Pillə” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.
Məmmədova İlhamə
Baxış sayı:195
Bu xəbər 09 May 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















