Icma.az
close
up
RU
Akademik Musiqili Teatrın Yeni il tamaşası “Evdə tək”

Akademik Musiqili Teatrın Yeni il tamaşası “Evdə tək”

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

28 dekabr 2024-cü il tarixindən - 05 yanvar 2025-ci il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında maraqlı və əyləncə dolu Yeni il tamaşası –"Evdə tək" nümayiş etdiriləcək. 

Dövlət Akademik Musiqili Teatrından Mia.az-a verilən məlumata görə,  Amerikalı kinorejissor Kris Kolumbusun eyniadlı filminin ssenarisi əsasında hazırlanan bu səhnə əsərinin quruluşçu rejissoru Zaur Əliyevdir.  

Tamaşada da filmdəki kimi, Yeni ili başqa ölkədə qeyd etməyə gedən bir ailənin evdə unutduğu balaca oğlunun başına gələn hadisələr işıqlandırılır. Ayıq-sayıqlığı və özgüvəni ilə bütün qorxularına qalib gələn bu cəsarətli balaca düşdüyü tragikomik vəziyyətlər qarşısında aciz qalmır və təhlükələrə qarşı tədbirli olaraq hər kəsin təəccübünə səbəb olur... 

İdeya müəllifi və bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşanın ikinci rejissoru Əmrah Dadaşov, quruluşçu baletmeysteri Elvira Əzizova, səhnə tərtibatçısı Qabil Gözəlov, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, səhnə tryuklarının qurucusu İsa Əsədov, rejissor assistenti Sevinc Məmmədovadır. 

Tamaşada Əməkdar artist İqrar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Elçin İmanov, Şaban Cəfərov,  Ofeliya Məmmədova, Ruslan Mürsəlov, Fərid Rzayev, Nərmin Əliyeva, Eleonora Abbasova, Cəbrayıl Cəbrayılov, İbrahim Əlizadə, Sübhan Rüstəmov, Əli Kərimov, Murad Əliyev, Ayan Qurbanova, Firuzə Qədiməliyeva, Kamran Həsənov, İranə Kərimova, teatrın azyaşlı aktyorları Miruğur, Mironur Əlili qardaşları və Həmid Həmidov, həmçinin balet artistləri çıxış edəcəklər. 

Yeni il bayramının rəmzləri olan Şaxta baba və Qar qızın da iştirak edəcəyi bu tamaşa doqquz gün (28 dekabr-05 yanvar, gündə 4 seans olmaqla) davam edəcək. 

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Noyabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri