Icma.az
close
up
RU
Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir

Akademik Zərifə Əliyeva gənc nəsillər üçün örnəkdir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şahin İsmayılov
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Zəngin elmi-pedaqoji fəaliyyəti ilə adını Azərbaycanın elm və pedaqogika tarixinə qızıl hərflərlə yazdırmış böyük alim, nəcib və xeyirxah əməlləri ilə insanların qəlbinə yol tapmış nurlu insan, eyni zamanda, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ömür-gün yoldaşı, ən yaxın sirdaşı, Vətənimizə Qarabağın və Şərqi Zəngəzurun xilaskarı İlham Əliyev kimi müdrik Lider bəxş etmiş Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

Akademik Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti gənc nəsillər üçün örnəkdir. Görkəmli dövlət xadimi və alim Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım oftalmoloq-alim kimi ömrünü ölkəmizin tibb elminin inkişafına həsr edib. Onun elmi tədqiqatları oftalmologiyanın bir sıra aktual sahələrini, o cümlədən diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi kimi istiqamətləri əhatə edir. 

Zərifə xanım Əliyevanın elmi araşdırmaları nəticəsində “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyaları çap edilir. 

Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Alim-oftalmoloqların ən yüksək qiymətini alan bu dissertasiya işi oftalmologiyanın bu sahəsində ilk işlərdən biri hesab edilir və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilir.

Eyni zamanda, Akademikin görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuş bir sıra elmi işləri oftalmologiyanın inkişafında müstəsna rol oynayıb. “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biri olan Zərifə xanım Əliyeva ümumilikdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifidir.

Zərifə xanım Əliyeva oftalmoloq-alim kimi daim bilik və bacarıq¬larını insanların sağlamlığının təmin olunmasına həsr edib. 1940-1950-ci illərdə Azərbaycanda geniş yayılmış traxoma göz xəstəliyinin müalicəsinin tapılması istiqamətində geniş tədqiqat aparan görkəmli oftalmoloq-alim Zərifə Əliyeva xəstəliyin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur və bu müalicə metodu respublikamızda geniş tətbiq olunur, traxomanın qarşısının alınmasında mühüm rol oynayır.

Akademik Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, səmərəli və ardıcıl tədqiqatları və araşdırmaları Azərbaycan tibb elminin inkişafına böyük töhfə verib. Belə ki, klinik diaqnostika istiqamətində apardığı tədqiqatlar görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətindən biri olmaqla yanaşı, aparılan araşdırmaların nəticələri əsasında həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalar bu sahənin inkişafında müstəsna rola malikdir. Azərbaycanda lakrimologiyanın əsasını qoyan Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub.  Dünyada iridodiaqnostikaya aid ilk kitabları da məhz akademik Zərifə Əliyeva yazıb. 

Yüksəkixtisaslı kadrların hazırlanması Zərifə xanım Əliyevanın elimi-pedaqoji fəaliyyətində xüsusi rola malik olub. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru olan və 1983-cü ildən həmin kafedranın müdiri kimi fəaliyyət göstərən Zərifə xanım Əliyeva gənc həkim-oftalmoloqların böyük bir nəslinin hazırlanmasına birbaşa rəhbərlik edib. 

Böyük ziyalı, görkəmli Akademik Zərifə xanım Əliyeva, eyni zamanda, dahi şəxsiyyət, nəhəng siyasətçi Heydər Əliyevin həyat yoldaşı, sədaqətli dostu və ən yaxın silahdaşı idi. Ulu Öndər Zərifə xanım Əliyeva ilə bağlı deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. 

Ulu Öndər Heydər Əliyev ilə Zərifə xanım Əliyevanın möhkəm təməllər üzərində qurduqları ailə Azərbaycan xalqına möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi müdrik Lider bəxş edib. Ulu Öndər Heydər Əliyev həyat yoldaşı Zərifə xanım Əliyevanın  ailə məsələləri  ilə bağlı rolundan bəhs edərkən deyirdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Bəli, məhz Zərifə xanım Əliyevanın ailədə yaratdığı yüksək mənəvi mühitdə formalaşan müdrik Lider İlham Əliyev ata vəsiyyətini böyük şərəflə yerinə yetirərək, xalqına verdiyi sözə sahib çıxdı, Azərbaycanı qüdrətli və qalib dövlətə çevirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Aprel 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri