Icma.az
close
up
RU
Akademikin xatirəsi: Heydər Əliyev Mehdiyevə dedi ki, sənədini geri götür!

Akademikin xatirəsi: Heydər Əliyev Mehdiyevə dedi ki, sənədini geri götür!

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Yazıçı Qanturalı (Tural Cəfərov) Prezident Administrasiyasının sabir rəhbəri, hazırda barəsində cinayət işi açılan Ramiz Mehdiyevlə bağlı bir əhvalatı paylaşıb.

Bakupost.az xəbər verir ki, o, bu hadisəni Bakı Dövlət Universitetində müəllimi olmuş görkəmli alim Fuad Qasımzadədən eşitdiyini bildirir.

“Fuad müəlllim 1989-cu ildən Akademiyanın müxbir üzvü idi, ancaq seçkilər keçirilmədiyi üçün on ildən artıq müxbir üzv kimi qalmışdı. Əhvalatı onun dilindən nəql edəcəm:

“Heydər Əliyev məni harda görürdüsə, deyirdi ki, akademik, necəsən? Mən də deyirdim ki, mən müxbir üzvəm, akademik deyiləm. O da gülüb deyirdi ki, bir gün olarsan.

2001-ci ildə akademik seçkiləri elan olundu. Mən də sənədlərimi hazırlayıb verdim. Sonra öyrəndim ki, cəmi bir akademik yeri var, Ramiz Mehdiyev də ora müraciət edib. Başa düşdüm ki, kimdir Ramiz Mehdiyevi qoyub məni seçən?!

Xoşbəxtlikdən, seçkiyə bir neçə gün qalmış "Gülüstan" sarayında dövlət tədbiri oldu. Məni də dəvət etmişdilər. Qapının ağzında gözləyirdim. Bir də gördüm, Heydər Əliyev gəldi. Mənimlə səmimi şəkildə görüşdü və dedi ki, sən də akademik olacaqsan. Mən də dedim ki, ola bilməyəcəm, Ramiz Mehdiyev də ora sənəd verib. Heydər Əliyev ətrafa baxdı, Ramiz Mehdiyevi sərt şəkildə əli ilə yanına çağırdı. Ramiz Mehdiyev gəldi. Heydər Əliyev dedi ki, get, sənədlərini geri götür, Fuad müəllim akademik olmalıdır. Ramiz Mehdiyev də başını aşağı salıb "Oldu, cənab Prezident" dedi. Beləcə, seçkilər keçirildi və mən akademik oldum".

Ramiz Mehdiyevdə mənəm-mənəmlik ehtirası o qədər güclü idi ki, özünü akademik adına Bakı Dövlət Universitetinin Fəlsəfə kafedrasına 1962-ci ildən rəhbərlik edən Fuad Qasımzadədən və ömrünü fəlsəfəyə verən neçə-neçə görkəmli alimdən daha çox layiq görürdü.

2007-ci ildə Ramiz Mehdiyev akademik oldu. Özü də müxbir üzv olmadan, birbaşa şəkildə”, - o qeyd edib.

Asena,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Oktyabr 2025 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri