Icma.az
close
up
RU
AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib

AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü keçirib.

"Operativ Media" xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın da qatıldığı tədbirdə Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti Jan-Kristof Rollan, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konietsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li, həmçinin COP29-la əlaqədar Azərbaycana səfər edən 50-dən çox xarici qonaq iştirak edib. “Təmiz suda avar çək!” devizi altında keçirilmiş tədbir 17 noyabr – Milli Dirçəliş Günündə Dənizkənarı Bulvarda, “Bakı” Avarçəkmə və Kanoe İdman Klubunun yerləşdiyi ərazidə baş tutub.

Əvvəlcə ekoloji layihələrin qiymətləndirilməsi mövzusunda təqdimatlar həyata keçirilib. Çinin Şanxay şəhərindən gəlmiş məktəblilər hazırladıqları təqdimatlarda ətraf mühitin qorunması və iqlim dəyişikliyi mövzusunda fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbirin rəsmi açılış mərasimində AKAF-ın baş katibi Fərhad Əliyev açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Daha sonda Jan-Kristof Rollan, Tomas Konietsko, Klaudio Şermi COP29 tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğulayıblar. Gənclər və idman naziri Fərid Qayıbov “Təmiz suda avar çək!” yürüşünü açıq elan edib, ardınca xatirə hədiyyələri təqdim olunub.

Çıxışlardan sonra Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilə Çinin 13 şəhərində 22 su idmanı mərkəzini idarə edən və Çində ən böyük su idmanı xidmətləri təminatçısı olan “Deep Dive” təşkilatı arasında Memorandum imzalanıb.

Rəsmi və bədii hissə yekunlaşdıqdan sonra 50-dən çox müxtəlif avarçəkmə qayığında yerli idmançıların və fəxri qonaqların iştirakı ilə avarçəkmə yürüşü keçirilib. Avar çəkənlər arasında Dünya Avarçəkmə Federasiyasının (FİSA) prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Jan-Kristof Rollan da olub.

Qeyd edək ki, “Təmiz suda avar çək!” yürüşünün keçirilməsində əsas məqsədi ekologiyanın, su hövzələrinin qorunması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 17 Noyabr 2024 21:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see203

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see181

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see164

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see158

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see137

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see134

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see132

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see130

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see124

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see120

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see118

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri