Icma.az
close
up
RU
AKİ dən yeni layihə: Dünya klassik kinosu Azərbaycan dilində təqdim olunacaq

AKİ dən yeni layihə: Dünya klassik kinosu Azərbaycan dilində təqdim olunacaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) həyata keçirdiyi mühüm layihələrdən biri film nümayişləridir. Bu layihə çərçivəsində Bakıda, məktəblərdə və bölgələrdə müxtəlif film nümayişləri təşkil olunur.

AKİ-dən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi, Azərbaycan tamaşaçılarını həm dünya kinosunun inciləri, həm də yerli və müstəqil filmlərlə tanış etmək, xarici filmlərin Azərbaycan dilində nümayişi vasitəsilə kino sənətinə daha geniş auditoriyanın çıxışını təmin etmək, həmçinin müzakirə mədəniyyətini formalaşdırmaqdır.

Bu təşəbbüs mədəniyyətlərarası dialoqu gücləndirir: tamaşaçılar müxtəlif ölkələrin kino nümunələri vasitəsilə yeni ideyalar və dünyagörüşləri ilə tanış olurlar. Layihə həm də yerli kino irsinin qorunmasına və təbliğinə xidmət edir. Azərbaycan klassik filmlərinin və tələbə işlərinin nümayişi gənc kinematoqrafçılar üçün əlavə stimul yaradır. Bununla yanaşı, tamaşaçıların filmlər ətrafında fikir mübadiləsi aparmasına şərait yaradaraq, kino mühitinin canlı və aktiv qalmasına töhfə verir.

Bu ənənəni davam etdirən AKİ yeni layihəyə start verir. İttifaqın yeni kinozalında hər həftənin cümə günü, saat 19:30-da dünya klassik filmləri Azərbaycan dilində tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, izləyicilər Azərbaycan klassik filmlərini və tələbə filmlərini də izləmək imkanı əldə edəcəklər. Bura Federiko Fellininin “Orkestrin məşqi”, Nikita Mixalkovun “Şahidsiz” və “Urqa”, Kira Muratovanın “Qısa görüşlər”, Aleksey Germanın “20 müharibəsiz gün” və “Yollarda yoxlanış” və s. xarici və Elmar İmanovun “Mövsümün sonu”, İmam Həsənovun “Müqəddəs inək”, Çingiz Rəsulzadənin “Kuklalar”, İlkin Yusifin “Mən qəhrəman axtarıram” və digər yerli filmlər daxildir.

Layihə cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir, kino sənətini yalnız əyləncə vasitəsi deyil, həm də maarifləndirici və mədəni dəyər daşıyan sahə kimi təqdim edir. Eyni zamanda, gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.

Nümayişlərin tarixi və məkan haqqında tezliklə ətraflı məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri