Icma.az
close
up
RU
“AKİDocs sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə start verilib

“AKİDocs sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə start verilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) aprelin əvvəlində elan etdiyi “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinə iştirakçıların seçimi başa çatıb və təlimlərə start verilib.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sənədli filmlər üzrə mütəxəssis Tue Steen Müllerin mentorluğu ilə keçəcək təlimlərin ilk günü iştirakçılar və layihələrlə tanışlıq xarakteri daşıyıb.

İştirakçılar çəkmək istədikləri filmlər barədə məlumat verdikdən sonra T.S.Müller onların sənədli kino barədə düşüncələrini, təsəvvürlərini öyrənib, beynəlxalq platformalarda pitçinq prosesi, pitçinq üçün zəruri olan materiallar, layihələri pitçinqə hazırlamaq qaydaları haqqında danışıb.

Aprelin 29-na qədər davam edəcək “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” təlimlərinin növbəti günlərində iştirakçılarla fərdi ünsiyyət, layihələrin inkişafı və pitçinqə hazırlanması üzrə təlimlər təşkil olunacaq.

AKİ-nin “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” təlimlərində on bir layihə və beş dinləyici iştirak edir. Təlimlərin sonunda inkişaf etdirilmiş loqlayn və sinopsisləri olan iştirakçılar münsiflər heyətinin qarşısında öz layihələrini təqdim etməklə pul mükafatı qazanmaq üçün yarışacaqlar.

Qeyd edək ki, “AKİDocs – sənədli filmin inkişafı və pitçinq” beynəlxalq layihəsinin təlimçisi Tue Steen Müller 20 ildən çox qısametrajlı və sənədli filmlər üzrə mütəxəssis kimi “Danish Film Board”da işləyib, Baltik Film və Televiziya Festivalı, Filmkontakt Nord, Aİ və Avropa Sənədli Şəbəkəsinin Sənədli filminin həmtəsisçisi olub, 40-dan çox ölkədə sənədli kino üzrə təlimlər, seminarlar keçirib. 2007-ci ildən İtaliyada fəaliyyət göstərən Zelig Sənədli Kino məktəbinin müəllimidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri