Icma.az
close
up
RU
Akif Əlinin yeni kitabı işıq üzü görüb

Akif Əlinin yeni kitabı işıq üzü görüb

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yeni kitabı işıq üzü görüb.
Reyting.az
-ın məlumatına görə, “Salam, cənab Baş nazir” adlanan kitab Ulu öndər Heydər Əliyev komandasının layiqli nümayəndəsi, Prezident İlham Əliyevlə uzun illər çiyin-çiyinə işləmiş Artur Rasi-zadənin zəngin və maraqlı həyat yoluna işıq salır.
Vaxtilə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləmiş müəllif Azərbaycan Respublikasının sabiq Baş nazirinin portret cizgiləri ilə oxucuları yaxından tanış edir, xarakterinin özəlliklərini, onunla bağlı bir sıra ilginc məqamları, çoxşaxəli fəaliyyətindəki maraqlı epizodları publisistik düşüncələr şəklində qələmə alıb.
Müstəqil Azərbaycan dövlətinin inkişafı fonunda Baş nazirin fəaliyyəti dövründəki (1996-2018) müxtəlif məqamlardan, maraqlı hadisələrdən bəhs edən “Dirçəliş illəri”, “Hökumət gəlir”, “Bir nömrəli problem”, “Rəsmi səfərlər”, “Dövlət qulluğu”, “Qəbullar, görüşlər, danışıqlar...”, “Yaddan çıxmaz Qarabağ”, “Bağlı qapılar arxasında açıq söhbətlər”, “Aprel döyüşləri”, “Siyasi mədəniyyət” və s. bölmələr faktiki materialların bolluğu ilə diqqəti cəlb edir, tarixilik baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın ön sözündə müəllif oxuculara müraciətlə deyir:
“Hörmətli oxucu!
Azərbaycan Respublikasının tarixində ən uzun müddət, 22 il Baş nazir vəzifəsində işləmiş, ölkəmizin iqtisadi, sosial, mədəni inkişafında müstəsna xidmətləri olmuş Artur Tahir oğlu Rasi-zadə haqqında bu kitabı yazmaqda məqsədim əlamətdar yubileyi ilində onun həyat və fəaliyyətinə nəzər salmaq, müəyyən müşahidələrimi, fikir-düşüncələrimi sizinlə bölüşməkdir.
Əlbəttə, müstəqil Azərbaycan Hökumətinə rəhbərlik etmiş görkəmli dövlət xadiminin səmərəli fəaliyyətinin miqyasını, şəxsiyyətinin mahiyyətini və ziyalı xarakterini tam açmaq üçün bir kitab bəs etməz... Lakin birgə işlədiyimiz illər ərzində ona dəfələrlə təklif olunsa da, son dərəcə təvazökar təbiətli bu alicənab insan özü haqqında nəinki kitabın, hətta kiçik bir məqalənin belə yazılıb dərc olunmasına razılıq verməyib.
Yalnız o, vəzifədən getdikdən və bir müddət sonra mən də öz istəyimlə dövlət qulluğundan ayrılıb yenidən yaradıcılıq sahəsinə qayıtdıqdan sonra, belə bir məsuliyyəti öz üzərimə götürdüm. Çünki milli dövlətçilik tariximizin mühüm səhifəsinə çevrilmiş sabiq Baş nazirin fəaliyyətindən yazmaq üçün daha izn almaq lazım deyildi. O artıq tarixi şəxsiyyət olaraq xalqa məxsusdur.
Kitabda Baş nazirin portret cizgiləri və onun rəhbərliyi dövründə Nazirlər Kabinetinin fəaliyyəti barədə çoxsaylı müşahidələrdən yalnız müəyyən bir qismi qələmə alınıb. O zamanlar şahidi olduğum maraqlı epizodlar barəsində bloknotumda geniş qeydlər aparanda, onsuz da A. Rasi-zadənin özü ilə bağlı məqamları ictimailəşdirməyə razılıq verməyəcəyini bilirdim. Ancaq buna baxmayaraq, bir vətəndaş kimi düşünürdüm ki, axı bunlar - tarixdir. Yazılması, qorunub saxlanması zəruri olan Vətən tarixidir.
Bir ara uçurum qarşısında olan Azərbaycanın necə xilas edildiyi, onun addım-addım dirçəldildiyi, dövlətin öz müstəqilliyini qoruya-qoruya gücünü toparlayaraq, məcburən cəlb edildiyi müharibə şəraitində, ərazisinin 20 faizinin işğal altında, əhalisinin 1 milyondan çoxunun qaçqın və məcburi köçkün vəziyyətində olmasına baxmayaraq, inkişaf yolları ilə inamla, əzmlə irəlilədiyi – dövlətçiliyimizin şərəf salnaməsidir. A. Rasi-zadənin zəngin həyat və fəaliyyəti fonunda həmin şərəfli illərin mənzərəsini də oxuculara göstərməyə çalışmışam...
Əmin olmaq istərdim ki, kitab layiqli Vətən oğlunu daha yaxından tanımağa kömək edəcəkdir. Əlbəttə, rəhbər vəzifəli ictimai şəxs barəsində hərənin öz fikri, mövqeyi ola bilər, hər kəs subyektiv mülahizələrini yürüdə bilər. Mən də bu dəyərli şəxsiyyəti iş prosesində bilavasitə yaxından müşahidə edərək, necə görüb tanımışamsa, olduğu kimi də yazıram.
İnanıram ki, kitabın məhz indi, heç birimizin vəzifədə olmadığımız dövrdə qələmə alınmasını hörmətli oxucular müəllifin səmimi, təmənnasız və xoş niyyətinin əlaməti olaraq obyektiv qiymətləndirəcəklər.”
Qeyd edək ki, faktlar, sənədlər, şəxsi müşahidə və mülahizələr əsasında yazılan 240 səhifəlik, rəngli foto-illüstrasiyalarla zəngin kitab “CBS” mətbəəsində nəfis tərtibatla çap edilib.
Akif Əlinin yeni kitabının ictimai-siyasi sferada çalışan mütəxəssislər, politoloqlar, tarixçilər, jurnalistlər, sosioloqlar, iqtisadçılar və ümumən müasir Azərbaycan dövlətçiliyinin inkişaf prosesləri ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı mənbə olacağına inanırıq.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Avqust 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri