Icma.az
close
up
RU
Akif İslamzadə Tolikin verilişindəki davadan danışdı: ...efirləri də o gündədir

Akif İslamzadə Tolikin verilişindəki davadan danışdı: ...efirləri də o gündədir

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Space TV”də yayımlanan “Tarixin bir günü” verilişində müğənnilər arasında qalmaqal yaşanıb.

Hadisə efir zamanı səsli şəkildə göstərilməsə də, aparıcı Tarix Əliyev (Tolik) öz YouTube kanalında paylaşdığı videoda baş verənlər izləyiciləri heyrətə gətirib. Məlum olub ki, proqramda müğənni kimi təqdim edilən Firuzə Babayeva ilə Mehriban Qənbərova arasında gərginlik yaranıb. Qonaqlar efir zamanı bir-birinə qarşı qeyri-etik ifadələr səsləndirib və daha sonra ayağa qalxaraq mübahisəni davam etdiriblər. Verilişdə iştirak edən digər şəxslər onların qarşıdurmasını dayandırmağa çalışıblar.

Hadisə sosial şəbəkələrdə geniş tənqid edilib və bu cür davranış sərgiləyən ifaçıların efirə çıxarılmaması ilə bağlı çağırışlar səsləndirilib.

Maraqlıdır, efirlərimiz niyə bu qədər aqressiv atmosferə bürünür? Ötən əsrin televiziya məkanından fərqli olaraq, indiki efirlərdəki kəskin dəyişimin səbəbi nədir?

Globalinfo.az-a danışan Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Akif İslamzadə deyib ki, dünyanın əxlaqı, ədəb-ərkanı, insanları necədirsə, efirləri də elədir.

Onun fikrincə, bütün dünyada eyni proses davam edir:

“Görün, dünya özü nə gündədirsə, kanalları da, musiqiçiləri də, aparıcıları da o gündədir. Yaxşı ifaçılarımızı, vətəndaşlarımızı çıxmaq şərtilə, bu gün əksəriyyət bu gündədir. Dünya necədirsə, jurnalistləri, müğənniləri, aparıcıları, yazarları, bəstəkarları da eyni olur. Efirə çıxan zaman bizə özümüzü necə aparmaq lazım olması ilə bağlı tapşırıq verilmirdi. Çünki hər kəs özünü ədəbli aparmağı bacarırdı, çərçivəni aşmırdı, öz ədəb-ərkanına uyğun davranırdı. Bu gün də elədir, hər kəs öz tərbiyəsini, əxlaqını göstərir. Bir kanalımız var idi, ora da çıxmaq üçün əldən gələn yaxşı işlər görürdülər”.

Akif İslamzadənin sözlərinə görə, bu gün efirlərimiz kütləni sürüyə çevirməklə məşğuldur:

“Bu gün baş verəcəklərlə bağlı hədislərimiz də var. Orada deyilir ki, qadınlar iş başında olacaq, kişilər zəifləyəcək. Həmin dövrə çatırıq, iş yerlərində kişilər sıradan çıxarılır. Məktəblərdə qızlar, oğlanlar bir-birinə bıçaq çəkir. Səbəb isə kişi işçilərinin azalmasıdır. Demirəm, qadın pisdir. Xeyr, qadın anadır, bacıdır, həyat yoldaşıdır, yaxşı xanımlar baş tacımızdır. Düzdür, ədəb, tərbiyə evdən başlayır, məktəbdə, efirdə davam edir. Buna görə başqalarını qınaya bilmərik. Bir onu deyə bilərəm ki, günümüzdə yaşananlar biabırçılıqdır! Evdə uşaqlar daha əvvəl atadan, evin kişisindən, ağsaqqalından çəkinərdilər. İndi məsələ bir qədər fərqlidir. Qeyd edim ki, dəccalın ortaya çıxması üçün belə zaman olmalıdır. Vəssalam!”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri