Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

AKP YAP a sözünü X lə niyə deyir? YP ilə çaşdırıb?

AKP YAP a sözünü X lə niyə deyir? YP ilə çaşdırıb?

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Nazirlər Kabinetinin Azərbaycan ümumtəhsil məktəblərində təhsialanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarı qardaş Türkiyədə günlərdir ki, müzakirə edilir. Artıq bu gün bir daha bəlli oldu ki, sosial şəbəkələrdə və mediada ölkəmizə qarşı bu ittihamların, yanlış yozumların və aşağılamaların arxasında hakim partiya – AKP-nin ideoloqları dayanır.

Axar.az xəbər verir ki, ittiham və iddialarda heç bir sərhəd gözlənilmir, həmçinin tamamilə uydurma “məlumatlar” istismar edilir.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın sosial şəbəkə hesabında Azərbaycanın bu qərarını qəbuledilməz adlandırması ilə AKP artıq bu kampaniyanın arxasında dayandığını açıq elan etmiş oldu.

AKP-nin bu iddia və ittihamlarında haqlı-haqsız olmasını müzakirə etməyəcəyik. Söhbət AKP-nin Azərbaycanla münasibətlərini yanlış anlamasıdır.

Azərbaycan Türkiyənin daxili məsələlərinə necə yanaşır?

Azərbaycan müstəqillikdən bəri Türkiyə xalqının seçiminə hörmət edir, onun seçdiyi, hakimiyyətə gətirdiyi iqtidarla əsl qardaş kimi işləyir. Bircə dəfə də olsun həm xalq, həm də hakimiyyət olaraq Türkiyə iqtidarının qəbul etdiyi qərarlara qarışmayıb, tənqid belə etməyib. Hər zaman “Ərdoğan nə edirsə, düz edir, Türkiyənin böyüklüyü üçün edir” prinsipi ilə davranmışıq.

Bütün dövlərdə Türkiyənin yanında olmuşuq. Türkiyəni iqtisadi-maliyyə böhranı bürüyəndə Azərbaycan dövləti-xalqı “Türkiyə çox pis iqtisadi siyasət yürüdür” deməyib, AKP-çilər valyuta bahalaşmasına qarşı “dollar yandırma aksiyası” keçirəndə bu yanlış yanaşmaya istehza etməyib, əksinə, bir milyard avronu Türkiyə Mərkəzi Bankına yatırıb – faizsiz, təmənnasız. İndiyədək Azərbaycan hökumətinin bunu borc, kredit, yoxsa qardaşlıq yardımı kimi verdiyini xalqımız dilinə gətirməyib, müzakirəyə çıxarmayıb.

Azərbaycan Türkiyənin böyüməsinə, iqtisadi baxımdan güclənməsinə çalışıb! Azərbaycan Türkiyəyə yatırım qoyan xarici ölkələr içərisində öndə gəlir. AKP iqtidarının siyasəti səbəbindən xarici şirkətlərin Türkiyəyə yatırımlar etməkdən çəkindiyi bir vaxtda Azərbaycan qardaş ölkəyə yatırımlarını artırıb, azərbaycanlı sahibkarların Türkiyədə əmlaklar alması dövlət tərəfindən stimullaşdırılıb.

Azərbaycan xalqı qardaş ölkəyə təhsil alması üçün hər il minlərlə tələbə göndərir. Bu tələbələrin heç biri Suriyadan gələnlər kimi imtiyazlara malik deyillər, əksinə, onlara “petrol ölkəsindən gələn zənginlər” kimi davranılır, Azərbaycan isə bircə dəfə də buna etiraz etməyib!

Ərdoğan hakimiyyəti Fətullah Gülənlə qol-boyun olub, əl-ələ yürüyəndə Azərbaycanda gülənçilərə qapı açılıb, AKP-çilərin bir sözü ilə onlara şərait yaradılıb – məktəblərindən bizneslərinə qədər.

2013-cü ilin dekabrın 17-də İstanbul Prokurorluğu tərəfindən keçirilən korrupsiya əməliyyatı zamanı ayaqqabı qutularından 4.5 milyard dollar, dövrün daxili işlər naziri Müəmmər Gülərin oğlunun yataq otağından kassa, pulsayma maşını çıxanda Azərbaycan dövləti və xalqı Ərdoğan hakimiyyətini tənqid etmədi, ölkənin daxili işlərinə qarışmadı. Əksinə, Ərdoğan gülənçilərə qarşı əməliyyat başladanda Azərbaycan da qardaş ölkə hakimiyyətinin siyasətini izlədi. Heç biz gülənçilərlə nurçuları belə düz-əməlli ayıra bilmirdik – hamısını təmizləyirdik, bu dəfə də Ərdoğanın bir sözü ilə nurçulara toxunmadıq.

Azərbaycan illərdir Türkiyə müxalifətini yaxın buraxmır – halbuki çox uzağa getməyək, elə Özgür Özəl CHP sədri seçilən günün səhərisi Azərbaycana səfər arzusunu dilə gətirdi, hətta xahişdə bulundu. Özəl İlham Əliyev tərəfindən qəbul olunmasını israr etmirdi, sadəcə, ölkədə normal qəbul edilməsi, gəzməsi və görüşlər keçirməsinə şərait yaradılmasını rica edirdi.

Azərbaycan hökuməti bu istəyi hələ də cavabsız qoyub – halbuki Özgür Özəl Azərbaycan sevgisini cani-dildən dəfələrlə dilə gətirib. Azərbaycan dövləti bu xahişləri hakim AKP-ni, Ərdoğanı küsdürməmək, iki dövlət arasında narazılıq salmamaq baxmayaraq ki, Özgür Özəlin təmsil etdiyi cəbhə Türkiyə xalqının 3-5%-ni yox, tam 48 faizə qədərini əhatə edir.

Amma yox, Azərbaycan qardaş ölkələr arasında daxili siyasətə qarışmamaq yolunu tutub, tutur və bu xətti davam etdirir!

Türkiyədə yanğın – Azərbaycan ordadır!

Türkiyədə zəlzələ - Azərbaycan ordadır!

Türkiyəyə qaz yardımı – Azərbaycan ordadır!

Azərbaycan əsl qardaş, əsl müttəfiq öhdəliklərini yerinə yetirir və bunu öhdəlik də saymır – müqəddəs və milli borcu hesab edir.

Azərbaycan xalqı və dövləti Türkiyə xalqının seçimi ilə hərəkət edib: xalq kimi seçibsə, onunla da davam edib!

Əgər Türkiyə hakimiyyəti, Azərbaycan xalqının böyük hörmət və sayğı bəslədiyi Rəcəb Tayyib Ərdoğan və yaxud onun baş müşaviri Saralın Azərbaycan, Azərbaycanın daxili siyasəti ilə bağlı hansısa tərəddüdü və marağı vardısa, bunu çox rahatlıqla iki qardaş kimi bağlı qapı arxasında mehribanca müzakirə edə, bir-birinin daxili işlərinə qarışmadan, səbəbini anlamadıqları addımların “nədənini” öyrənə bilərdi.

Azərbaycan hakimiyyətində birincidən sonuncuya qədər, hər kəslə hər an danışmaq, ən mübhəm, gizli kəşfiyyat məlumatlarını əldə etmək, qardaşın verdiyi qərarların mahiyyətini öyrənmək imkanı varkən, sosial şəbəkə üzərindən basqı/təzyiq oyununun, Azərbaycanla Türkiyə arasındakı dünyanın paxıllıq etdiyi münasibətlərə xələl gətirməyin anlamı nədir?

Azərbaycanı 86,6 min kv.km, əhalisini 10 milyon görüb, bu prizmadan yanaşmaq Azərbaycanı anlamamaq deməkdir! Azərbaycan hazırkı ərazisindən çox-çox böyükdür, Azərbaycan türklərinin bu coğrafiyada sayı isə 55 milyonu keçib. Heratdan Mosula qədər Azərbaycan türkünün məskunlaşma ərazisini təsəvvür etmədən Azərbaycanla ünsiyyət qurmaq çətin olur.

Bunu Makron anlamaya və ya Makronun o əlaqə imkanı olmaya bilər, ancaq qardaş Türkiyə hakimiyyətinin belə sorunu yoxdur!

Qardaşlıq – açıqlıq, səmimilik, düzlük sevir!

Qardaşlıq – hakimiyyətdə xəzəl kimi saralanların X-ə sarılması deyil!

Qardaşlıq – bir-birinə sarılmaq, bölüşmək, paylaşmaq, anlaşmaq və anlayışlı davranmaqdır!

Deyəsən, AKP-çilər Yeni Azərbaycan Partiyası ilə Yeni Partiyanı qarışdırırlar və “daxili siyasi mübarizə” apardıqlarını düşünürlər.

Böyük yanlışdır!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri