Aksiyadan sonra yola tökülən kartofu yığdılar Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Brüsseldə Avropa ölkələrindən gələn fermerlər kütləvi etiraz aksiyası keçirib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Avropa parlamenti qarşısında keçirilən aksiyada təqribən 10 000 fermer iştirak edib. Onlar əraziyə 500-ə yaxın traktor cəlb edib.
Aksiya zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Bununla yanaşı, fermerlər özləri ilə gətirdikləri kartofu yola töküblər. Bu isə yolda avtomobillərin hərəkətinə maneə yaradıb.
Sosial şəbəkələrdə isə aksiyadan sonra şəhər sakinlərinin fermerlərin yola tökdükləri kartofu yığaraq aparmalarının görüntüləri yayılıb.
Qeyd edək ki, Avropa fermerləri Aİ-nin Latın Amerikası ölkələri ilə imzalamağa hazırlaşdığı ticarət sazişinə etiraz edirlər. Sazişlə bağlı danışıqlar artıq 26 ildir davam edir. Fermerlər rəqabətdən və Aİ-nin kənd təsərrüfatına subsidiyaları azaltmasından ehtiyat edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 19 Dekabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















