Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 19 iyun, AZƏRTAC
Bu gün Dövlət Gömrük Komitəsi tərəfindən jurnalistlərin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediaturu təşkil edilib.
AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirilmələr, həmçinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılmasıdır.
Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilən brifinqdə aksizli malların idxalı, bəyan edilməsi, gömrük rəsmiləşdirilməsi prosesləri, həmçinin baş idarənin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.
Daha sonra media nümayəndələri bəyanetmə, nəqliyyat vasitələrinə texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi, gömrük ödənişlərinin ödənilməsi və digər əməliyyatları əyani şəkildə izləyiblər.
Bildirilib ki, sahibkarlara və fiziki şəxslərə xidmətin göstərilməsi operativ qaydada həyata keçirilir, həmçinin gömrük ödənişləri nağdsız formada, bank vasitəsilə və ya internet üzərindən icra olunur.
Tədbir çərçivəsində, həmçinin media nümayəndələri üçün Dövlət Gömrük Komitəsinin tətbiqinə başladığı “Rəqəmsal Gömrük Dəyəri Sistemi” layihəsi ilə bağlı seminar keçirilib. Bildirilib ki, layihə gömrük dəyərinin rəqəmsal həllər əsasında müəyyən edilməsinə, gəlir və xərclərin düzgün idarə olunmasına, məlumatların unifikasiyası və rəqəmsal emalına, subyektiv amillərin aradan qaldırılmasına, vaxt və vəsaitə qənaət edilməsinə imkan yaradır.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Fotoqraf - Orxan Kərimov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 İyun 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















