Aktau faciəsinin səbəbi obyektiv cavab gözləyir
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hələlik Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL təyyarəsinin qəzası ilə bağlı aralıq hesabatı açıqlanıb
Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL şirkətinə məxsus Embraer 190 4KAZ65 təyyarəsi ilə bağlı aviasiya hadisəsinin ildönümü ilə əlaqədar məlumat yayıb.
Məlumatda bildirilib ki, araşdırma Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə, üç ölkənin (Azərbaycan, Qazaxıstan və Rusiya) istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir.
Hesabatda qeyd edilib ki, Bakı–Qroznı reysini yerinə yetirən və Aktau yaxınlığında qəzaya uğrayan hava gəmisinin aviaqəzasının səbəblərinin araşdırılmasının yekun başaçatma müddəti təyin olunmuş bütün tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Qeyd edilib ki, Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən yaradılmış Aviasiya Hadisələrinin Araşdırılması Komissiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Konvensiyasının 13- cü əlavəsinin 6.6 standartına uyğun olaraq “Azerbaijan Airlines” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Aktauda qəzaya uğraması ilə bağlı aralıq hesabat hazırlayıb. Aralıq hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin saytında yerləşdirilib.
Nazirlik komissiya tərəfindən aparılan araşdırma ilə yanaşı, Qazaxıstan hüquq-mühafizə orqanlarının cinayət işi üzrə istintaq apardıqlarını da vurğulayıb. “Araşdırmanın gedişi barədə məlumatlar araşdırma başa çatana qədər üçüncü şəxslərə açıqlanmır. Aviasiya hadisəsinin araşdırılmasının yekun başaçatma müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin tamamlanma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya ona təsir edən amillər, eləcə də uçuşların təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda əks olunacaq”, – deyə açıqlamada vurğulanır.
Bildirilib ki, ICAO-nun 13-cü əlavəsinin müddəalarına əsasən, aviasiya hadisəsinin yalnız bir məqsədi var: gələcəkdə oxşar halların qarşısını almaq. Qeyd edilib ki, bu fəaliyyətin məqsədi heç kimin günahını və ya məsuliyyətini müəyyən etmək deyil.
Aviasiya hadisəsinin araşdırmasının yekun müddəti bütün təyin olunmuş tədqiqatların və işlərin başaçatma vaxtından asılıdır. Hadisənin səbəbləri və ya onu təşviq edən amillər, həmçinin uçuş təhlükəsizliyi ilə bağlı tövsiyələr yekun hesabatda təqdim olunacaq.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus təyyarə, J2-8243 Bakı–Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhərindən 3 km məsafədə qəzaya uğrayıb. İlkin istintaq məlumatlarına görə, Qroznıya yaxınlaşarkən təyyarə Rusiyanın “Pantsir–S” hava hücumundan müdafiə sistemi tərəfindən hücuma məruz qalıb. Bundan əlavə, Rusiya tərəfinin radioelektron mübarizə vasitələrindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Bu səbəbdən hava gəmisi Rusiyanın hava məkanında radarlardan itib.
Təyyarədə, ümumilikdə 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42 nəfəri Azərbaycan vətəndaşı (37 sərnişin, 5 ekipaj üzvü), 16 nəfəri Rusiya, 6 nəfəri Qazaxıstan, 3 nəfəri isə Qırğızıstan vətəndaşıdır. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Aviaqəza zamanı hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və stüardessa Hökumə Əliyeva həyatını itirib.
S.NAZİMOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 27 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















