Aktau “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildi
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın Aktau şəhəri 2025-ci il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “culture.akipress.org” saytı məlumat yayıb.
Qeyd edilib ki, mədəniyyət tədbiri 5 aprel 2025-ci il tarixində başlayacaq və noyabr ayınadək davam edəcək.
Festival üçün xüsusi olaraq bir etno-kənd tikiləcək və burada yeddi kənd olacaq, bu kəndlər türk xalqlarının mədəniyyətini və adətlərini təqdim edəcək.
İlk festivalın açılışına təxminən 500 sənətkarın qatılması gözlənilir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib ki, Aktau digər mədəniyyət paytaxtlarından fərqlənir, çünki şəhər Xəzər dənizinin sahilində yerləşir.
Eyni zamanda, Manqistau vilayətinin hakimi Nurdaulet Kılıbay tədbirin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, hər şeyin yüksək səviyyədə keçiriləcəyini bildirib.
Səbinə Uğur
"Cebheinfo.az"
Baxış sayı:79
Bu xəbər 08 Fevral 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















