Icma.az
close
up
RU
Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI

Aktauda təyyarə qəzasının TƏFƏRRÜATLARI

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əksər media KİV-lərin yaydığı məlumata istinad edən AzVision.az xəbər verir ki, AZAL-ın sərnişin təyyarəsi Rusiyanın Çeçenistan respublikasının paytaxtı Qroznı şəhərinə uçuş həyata keçirirmiş. Qroznı aeroportundan duman barədə verilən məlumatdan sonra aviareys Mahaçqala aeroportuna yönəldilib.
Lakin yaranmış fövqəladə vəziyyət səbəbindən heyətin komandiri “Embraer 190” təyyarəsinin enməsi üçün ehtiyat məkan kimi Qazaxıstanın Aktau şəhərindəki aeroportu seçib.
Qəzadan sonra yaradılan operativ qərargahın və Qazaxıstanın Fövqəladə Hallar nazirliyinin rəsmi açıqlamasına görə, 5 ekipaj üzvü də da daxil olmaqla təyyarənin göyərtəsindəki 67 nəfərdən 32 insan sağ qalıb. 26 nəfərin xəstəxanalara çatdırıldığı bildirilir. Sağ qalanların arasında 14 nəfər Azərbaycan, 10 nəfər Rusiya, 2 nəfər isə Qırğızıstan vətəndaşı var.
İlkin məlumatlara görə sərnişinlərdən 37 insan Azərbaycan , 16 nəfər Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.
Faicəvi qəza ilə bağlı “nəqliyyat vasitələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlanıb. Manqistau vilayətinin səhiyyə departamenti təyyarədə ballon partlaması nəticəsində 2 uşaq da daxil olmaqla 14 adama xətər yetirildiyini bildirib.
Qəza enişindən əvvəl ekipaj təyyarənin korpusuna bərk zərbə dəydiyi barədə məlumat ötürüb və dispetçerlər təyyarəyə çırpılanın quş dəstəsi olduğunu düşünüblər. Lakin təyyarə yerə düşdükdən sonra Qazaxıstanın operativ xidmətləri göyərtədə oksigen çəninin partladığını bildirib.
Təyyarənin qabaq hissəsində yerləşən bu çən hermetizasiyanın pozulduğu halda pilotlar kabinəsinə oksigen vermək üçün lazımdır. Aviasiya mütəxəssislərinin fikrincə, onun partlaması ehtimalı azdır. “Embraer 190” təyyarəsinin göyərtəsində baş verənlər daha çox korpusun dağılması və onun parça-parça olması ilə çənin qəfil dehermetizasiyasına bənzəyir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qəzanı araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib .
Qəza barədə məlumat alan kimi Azərbaycan Prezidenti İlham Əliyev MDB liderlərinin Rusiyada keçirilən qeyri-rəsmi sammitindən təcili Bakıya qayıdaraq , dərhal hadisə ilə bağlı müşavirə keçirib.
Rusiya prezidenti Vladimir Putin Aktauda baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə telefonla başsağlığı verib. Gürcüstan Xarici İşlər nazirliyi, Belarus parlamentinin Nümayəndələr Palatası, Qırğızıstan prezidenti Sadır Japarov və Serbiya lideri Aleksandr Vuçiç, habelə Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycan liderinə başsağlığı veriblər.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi hadisə yerinə 150 canlı qüvvə və 45 texnikanın cəlb olunduğunu və qəza yerində yanğının söndürüldüyünü açıqalyıb. Dispetçer mərkəzinin məlumatına görə, Aktau hava limanı adi rejimdə işləyir, yalnız bir reys gecikir. Astanadan uçan təyyarə həkimləri Aktauya çatdırıb.
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizin dövlət rəsmiləri Aktau şəhərinə yola düşüblər. Eyni zamanda, Bakıdan Aktauya həkim heyəti və tibbi avadanlıqlar göndərilib və təyyarə qəzasının qurbanlarının yaxınları üçün Azərbaycanda qaynar xətt açılıb.
Dağıstan da, öz növbəsində, Aktauda baş verən təyyarə qəzasında zərərçəkənlərə yardım göstərməyə hazır olduğunu bildirib.
Sahil İsgəndərov
Aygün Xankişiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri