Icma.az
close
up
RU
Aktoyorun adı Ginnesin Rekordlar Kitabına yazılıb

Aktoyorun adı Ginnesin Rekordlar Kitabına yazılıb

Icma.az bildirir, Reyting.az portalına istinadən.


Hollivudun ulduz aktyoru Tom Kruzun adı Ginnesin Rekordlar Kitabına yazılıb. Buna səbəb yeni filmində göstərdiyi kaskadyor tryükudur.
Reyting.az
xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytı məlumat yayıb.
Ulduz aktyorun baş rolu ifa etdiyi və yeni lentə alınmış "Mümkünsüz Missiya: - Son hesab" adlı filmin çəkiliş meydançasında göstərdiyi unikal kaskadyor nümayişi ilə, paraşütlə tullanışı səhnəsi təkrarolunmaz rekord kimi Ginnesin Rekordlar Kitabına düşüb. Saytda xüsusilə qeyd olunur ki, belə bir qeyri-adi göstərici indiyədək olmayıb.
Tom Kruz çəkiliş zamanı yandırıcı qarışığa bulaşdırılan paraşütlə helikopterdən 16 dəfə tullanıb və həmin kadrda daha sonra paraşüt alovlanıb. Bu, filmin ssenarisinə uyğun olduğundan məşhur aktyor yanan paraşütlə eniş edib.
Məlumata görə, bu günə kimi heç bir aktyor və yaxud kaskadyor kino tarixində belə ölümcül tullanışlar həyata keçirə bilməyib. Fədakarlığı ilə seçilən və bütün kaskadyor hərəkətlərini ancaq özü yerinə yetirmək istəyən Tom Kruiz cəsarətli ifası sayəsində bu cür rekorda imza atıb. Məşhur aktyor filmdəki uğurlu göstəricisi ilə çoxlarını heyrətə gətirib və ilk amerikalı kino sənətçisi kimi rekord qırmaqla, "Yanan paraşütlə ən çox tullanma" kateqoriyasında birinci yerin sahibi olub.
62 yaşlı aktyor deyib ki, kaskadyor hərəkətlərinin özü tərəfindən yerinə yetirilməsi filmləri daha orijinal edir. Onun sözlərinə görə, filmin yeni bölümü onu belə qeyri-adi rekorda sövq edib ki, bu da tək aktyor üçün deyil, tamaşaçılar üçün də möhtəşəm kaskadyor tamaşası olub.
Ginnesin Rekordlar Kitabının icraçı redaktoru Kreyq Qlendey qeyd edib ki, Tom Kruzun fədakarlığına heyran qalmamaq mümkün deyil. K. Qlendey vurğulayıb ki, T. Kruzun uğuru onun kaskadyorluğunun həqiqiliyinə çox böyük əhəmiyyət verməsi ilə bağlıdır: "Tom təkcə döyüş qəhrəmanı yox, həm də hərəkət qəhrəmanıdır".
Filmi istehsal edən "Paramount Pictures" kino studiyası bu mürəkkəb, eləcə də çox riskli kaskadyor çəkilişi prosesini tam əks etdirən video yayımlayıb.

Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://reyting.az
archiveBu xəbər 07 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri