Icma.az
close
up
RU
Aktrisa Larisa Xələfova: Salamımı çatdırın deyəcəyim dostlarım bu gün həyatda yoxdur

Aktrisa Larisa Xələfova: Salamımı çatdırın deyəcəyim dostlarım bu gün həyatda yoxdur

Icma.az, 525.az saytına istinadən bildirir.

Aktrisa Larisa Xələfova 1950-ci ildə Bakıda anadan olub. 1972-ci ildə B.V.Şukin adına teatr peşə məktəbini bitirib, Sverdlovsk Dram Teatrında və S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.

Kinoda ilk işi 1966-cı ildə çəkilən "İstintaq davam edir" filmində Dilarə obrazı olan Larisa Xələfova ümumilikdə 30-a yaxın filmdə, o cümlədən "Ad günü", "Bir ailəlik bağ evi", "Şeytan göz qabağında", "Təhminə"  filmlərində rol alıb. Azərbaycan tamaşaçısı isə onu daha çox "Təhminə" filmindəki Mədinə obrazı ilə xatırlayır. Aktrisa hazırda Rusiyanın paytaxtı Moskva şəhərində yaşayır.

Aktrisa Larisa Xələfova ilə söhbəti təqdim edirik.

- Necəsiniz, Larisa xanım, həyatınız necə keçir?

- Mənim yaşımda həyat necə ola bilər? Yaşayıram. İşlər qaydasındadır. Nəvəm var deyə həyata sevgim də var. Belə. Aktrisa kimi fəaliyyətimə gəldikdə isə, uzun müddətdir filmlərə çəkilməkdən imtina etmişəm. Müəyyən yaşdan sonra məndə yaddaş problemi üzə çıxdı. Buna görə də aktrisa kimi fəaliyyətimi dayandırmağa qərar verdim. Çünki iki kəlmə deyəndən sonra üçüncüdə birdən hansısa sözü unudub əsəbləşməyə başlayırdım. Düşündüm ki, qalan ömrümü əsəb içində yaşaya bilmərəm.

- Neçə ildir Rusiyadasınız?

- 1994-ci ildən bəri Moskvada yaşayıram.

- Bakıda doğulmusunuz.

- Bəli. 17 yaşım olanda təhsil almaq üçün Moskvaya gəldim. Təhsilimi başa vurub Bakıya qayıtdım və orada teatrda işə düzəldim, filmlərə çəkildim. Anam öləndən sonra hər şey alt-üst oldu. Mənzilimi satıb Moskvaya köçdüm. Burada oxuduğum üçün xeyli dostlarım vardı. Onlar mənə dəstək oldular.

- Moskvada aktrisa kimi fəaliyyətinizi davam etdirdinizmi?

- Bəli. Burada bir müddət teatrda işləmişəm. Ancaq təzə gəldiyim dövrdə bu sahədə problemlər çox idi. Məsələn, teatrların əksəriyyətində az maaş verirdilər. Amma bir sıra seriallarda rol almışam.

- Azərbaycanda, Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?

- Oh, yüz il əvvəl... Qızım vaxtaşırı əri və nəvəmlə Bakıya gedir. Artıq 3-4 dəfə Bakıda olublar. Deyirlər, Bakı o qədər gözəlləşib ki...

- Bakı üçün darıxmırsınız?

- Əlbəttə darıxıram. Əsas da oradakı dostlarım üçün. Bir də Xəzər dənizi üçün. Xəzərdə üzməyi çox sevirdim.

- Azərbaycanda yaşayan aktyor dostlarınızla əlaqə saxlayırsınız?

- Vaxtaşırı köhnə dostlarla danışırıq. Birlikdə oynadığım aktyor dostlarımın çoxu bu gün həyatda yoxdur. Ancaq bəzilərini hələ də yaxşı xatırlayıram. Məsələn, Rasim Ocaqov, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov, Rasim Balayev, Şəfiqə Məmmədova və digərləri. Rüstəm İbrahimbəyovun "Bir ailəlik bağ evi" filmində Rasim Balayevlə çəkilmişdik. Rasim Ocaqov və Oqtay Mirqasımovun filmlərində çəkilmişəm. Şəfiqə Məmmədova ilə yaxşı münasibətimiz olub. O vaxt Rasim Ocaqov məni bir rola çəkmək istəyirdi. Qızımı dünyaya gələcəkdi deyə, həmin roldan imtina etməli oldum. Mənim yerimə Şəfiqə Məmmədova çəkildi. Dediyim kimi, Şəfiqə ilə yaxşı münasibətimiz vardı, vaxtaşırı tədbirlərdə qarşılaşırdıq.

- Xüsusilə fərqləndirdiyiniz bir rolunuz varmı?

- Düzü, bu işi çox sevdiyimi deyə bilmərəm. Hətta bir dəfə Rüstəm İbrahimbəyov mənə demişdi ki, səhnədə oynamağı sevmirsən.

- Moskvaya köçəndən sonra Bakıdan sizi soraqlayan olubmu? Məsələn, hansısa rola dəvət almısınızmı?

- Yox. Doxsanıncı illərdə kino elə bir vəziyyətdə idi ki, heç kimin film çəkməyə pulu yox idi. İndi soyadını unutmuşam, bir rejissor vardı, mənə həmişə çəkildiyim roldan da əlavə səhnələr verirdi. Mən də çəkilməyə razılaşırdım, çünki bu, əlavə gəlir demək idi.

- Bir sıra Azərbaycan filmlərində rol alsanız da, sizi daha çox "Təhminə" filmindəki "Mədinə" obrazı ilə xatırlayırlar.

- O filmdə kiçik rolum var idi. Mən Təhminənin rəfiqəsini oynayırdım. Sadəcə, Rasim Ocaqov xətrimi çox istədiyi üçün məni dəvət etmişdi. O, gözəl rejissor və gözəl operator idi. Gördüyü işlər heyrətamizdir. Təəssüf ki, bu gün həyatda yoxdur.

- "Təhminə" filmi ilə bağlı xatirələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Düzü, çox da yaxşı xatırlamıram, həmin filmdə səhnəm az olub (düşünür). Orada çəkilən türk aktrisası Meral Konratı xatırlayıram. Sonradan onunla əlaqə saxlamaq imkanım olmadı. Sadəcə bir detal yadımdadır ki, o, bizdən daha çox qonorar alırdı (gülür). Bilirsiniz, yaddaşımla əlaqədar olaraq çox az şey xatırlayıram. Təxmini sujet yadımdadır, bir onu bilirəm ki, sonda Təhminə ölür və mən kiməsə zəng vurub nəsə deyirəm. Bundan artığını xatırlamıram. Həmin filmin özünəməxsus romantikası var idi.

- Bakıya, oradakı köhnə dostlarınıza nə demək istərdiniz?

- Bakı mənim sevimli şəhərimdir, mən orada doğulmuşam,  uşaqlığım oradadır. İnsanlara gəldikdə isə... Salamımı çatdırın deyəcəyim dostlarım bu gün həyatda yoxdur - Rüstəm İbrahimbəyov da öldü, Rasim Ocaqov da...

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri