Icma.az
close
up
RU
Aktyor teatr direktorunu korrupsiyada ittiham edir

Aktyor teatr direktorunu korrupsiyada ittiham edir

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Əjdər Zeynalov
Tanınmış teatr və kino aktyoru Əjdər Zeynalov son zamanlar Mədəniyyət Nazirliyinin tabeliyindəki teatrlarda aparılan kadr islahatları ilə bağlı fikirlərini bölüşüb. “Facebook” səhifəsində paylaşım edən aktyor həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib:
“Bir neçə gün bundan əvvəl Mədəniyyət naziri hörmətli Adil Kərimlinin imzaladığı əmrlərlə bəzi teatrlarımızda ciddi kadr dəyişiklikləri baş verdi. Direktorlar, baş rejissorlar dəyişdirildi. Maraqlıdır ki, təyinatlar həm Bakıda, həm də paytaxtdan kənarda fəaliyyət göstərən teatrlarımızı əhatə etdi. Yeni təyinatlardan da görünür ki, istedadlı gənclərə üstünlük verilib. Yenilikçi, teatrın müasir tələblərinə uyğun yaradıcı işlər görmək istəyən istedadlara imkan yaradılır. Mədəniyyət Nazirliyinin bu yanaşması bütün teatr aləmini razı salır. Ona görə də şəxsən öz adımdan cənab nazirimizə təşəkkürlərimi bildirmək istəyirəm. Yəqin ki, bir çox həmkarım da bu məsələdə mənimlə eyni fikirdədirlər. Arzumuz, istəyimiz odur ki, kadr islahatları davamlı olsun. Məbəd saydığımız teatrı öz dədəsindən qalma mal-mülk kimi idarə edən, işi ancaq aktyorlara hədə-qorxu gəlmək, əyri yollarla varlanmağı özünə sənət seçən, teatr sahəsindəki islahatlarla mane olmağa çalışan direktorlar vəzifələrindən azad edilsinlər”.
Əjdər Zeynalov onu narahat edən məsələyə də toxunub: “Şəxsən məni - uzun illər ərzində teatr səhnəsində, kinomuzda rollar oynayan, xüsusi ilə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaşaması, ən çətin şərtlər altında fəaliyyət göstərməsi üçün əziyyətə qatlaşan bir sənət adamını bir məsələ düşündürür. Mədəniyyət Nazirliyində başlanan ciddi işlər, xüsusi ilə teatrlardakı kadr islahatlar necə olur ki, İftixar Piriyevdən həmişə yan keçir? Bu bacarıqsız, yaradıcı kollektivi bir-birinə düşmən edən, məni və bir neçə aktyoru qanunsuz olaraq doğma kollektivdən çıxarmağa cəsarət tapan, teatrda “ölü canlar” saxlamaq üzrə çempion olan İftixar Piriyevi nəyə görəsə, illərdir ki, layiq olmadığı halda vəzifədə saxlayırlar. İ. Piriyevi israrla qorumaqda məqsəd nədir?
İftixar Piriyevin özü kimdir? İntriqalar ustası 20 ildən çoxdur ki, teatrlarımızdan birinə rəhbərlik edir. Əgər buna “rəhbərlik edir”, - demək doğrudursa. Çünki bu adam rəhbərlik etməkdən çox talamaqla məşğuldur. Özü də söhbət qədim tarixi, kökü olan bir teatrdan - Qərbi Azərbaycanlıların yaralı yeri olan İrəvan Dövlət Azərbaycan Dram Teatrından gedir!
İftixar Piriyevin hoqqabazlığı üzündən bu sənət məbədi, peşəkar bir teatr son illər dram dərnəyi səviyyəsinə enib.
Cənab nazir və Mədəniyyət Nazirliyinin bu sahəyə bir başa cavabdeh məmurları, qədim sənət ocağının indiki bu acınacaqlı halı sizi görən narahat etmirmi? Hər dəfə ciddi şəkildə qorunan İftixarın qanunsuz əməllərinə niyə “Dur!” deyən olmur?”

İftixar Piriyev
Aktyor qeyd edib ki, İftixar Piriyev teatra rəhbərlik etdiyi dövrdə işdə yol verdiyi nöqsanlara görə bir neçə dəfə töhmət alıb: “Axı, onun bu özbaşınalıq əməlləri ilk dəfə deyil. Bu adam direktor kimi işində yol verdiyi ciddi nöqsanlara görə Mədəniyyət Nazirliyinin keçmiş rəhbərləri tərəfindən üç dəfə töhmət alıb. Həmin əmrlərin surətləri yəqin ki, MN-nin arxivlərində saxlanılır.
Daim sənətə, sənətkara qiymət verən, teatr sənətinin hamisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2019-cu il 17 aprel tarixli Sərəncamla Azərbaycanda fəaliyyət göstərən dövlət teatrlarına birdəfəlik maliyyə yardımı ayrıldı. Həmin Sərəncama əsasən, İrəvan Azərbaycan Dövlət Dram Teatrı da yüz min manat aldı. Dövlətimizin başçısının ayırdığı həmin maliyyə yardımın hara xərcləndiyini Piriyevdən soruşan oldumu? Əgər soruşan olubsa, mənə şəxsən maraqlıdır, direktor maliyyənin hara xərcləndiyini sübut etmək üçün hansı rəsmi sənədlər təqdim edib?
Eşitdiyimə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Piriyevin direktor kimi fəaliyyəti zamanı yüz iyimi beş min manat dövlət pulunun mənimsənilməsi faktını aşkarlayıb. Və direktor bu pulu ödəməyə məcbur edilib. Əgər bu doğrudursa və bu dövlət vəsaitini direktora ödətdiriblərsə, deməli, pulu mənimsədiyi sübut edilib. Rəsmi dövlət qurumları teatr aləmində dillər əzbəri olan bu söz-söhbətə aydınlıq gətirsə yaxşı olar.
Son zamanlar İ. Piriyev zahiri görünüşündə də ciddi dəyişiklik edib. Səsləndirdiyi şər-böhtan, yalan məlumata görə qarşı tərəfin iddiası ilə davam edən məhkəmə proseslərinə gələndə onu tanımaq olmur. Çünki saç-saqqal içindədir. Soruşanlara da deyir ki, teatrda Kral Liri oynamağa hazırlaşır. Əlbəttə, bu onun növbəti fırıldağıdır.
Birincisi, bütün teatr aləmi bilir ki, İftixar Piriyevdə Kral Lir obrazını oynamaq potensialı yoxdur.
İkincisi, Piriyevin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi nəticəsində miskin vəziyyətə salınan İrəvan Azərbaycan Dövlət Dram Teatrının indiki yaradıcılıq potensialı dahi Şekspirin “Kral Lir” kimi ölməz əsərini səhnəyə gətirməyə imkan verirmi?
Ən nəhayət, üçüncüsü, bir neçə ildir ki orda-burda deyir “Kral Lir”i hazırlayırıq. Bəs bu neçə ildə tamaşa niyə hazırlanıb təqdim olunmur?”
Əjdər Zeynalov Mədəniyyət naziri Adil Kərimliyə sual da ünvanlayıb:
“Bu gün azad və suveren ölkədə yaşayırıq. Azad dövlətimin bir vətəndaş kimi mənə yaratdığı bu demokratik şəraitdən istifadə edərək cənab nazirimiz Adil Kərimlidən, Mədəniyyət Nazirliyinin rəhbərliyindəki digər şəxslərdən soruşmaq istəyirəm - işində, uzun illər boyu fəaliyyətində saysız-hesabsız nöqsanlar olan, məhkəmələrə verilən, dəfələrlə rəsmi töhmət alan İftixar Piriyev niyə hələ də direktor vəzifəsində saxlanılır? Bu şəxsin teatr direktoru vəzifəsində saxlanılmasının vacibliyini sübut edən bircə arqument göstərə bilərsinizmi?”
Vaqif ƏLİYEV
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri