Icma.az
close
up
RU
“Akvarel yağışı” adlı rəsm sərgisində diqqət təbiətə, iqlimə, yaşıllığa yönləndirilib AZƏRTAC

“Akvarel yağışı” adlı rəsm sərgisində diqqət təbiətə, iqlimə, yaşıllığa yönləndirilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Salyan, 23 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Dövlət Rəsm Qalereyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan “Akvarel yağışı” adlı rəsm sərgisinin açılışı olub.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, açılış mərasimdə çıxış edənlər gənc rəssamlara yaradıcılıq uğurları arzulayıblar.

Bildirilib ki, bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili”dir və bu il çərçivəsində müxtəlif tədbirlər həyata keçirilir. Bu sərgi də həmin tədbirlərdən biridir. Dünyamızı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirləri, ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, yaşıllıqların bərpası haqqında söz açılmasının çox vacib olduğu qeyd edilib. Vurğulanıb ki, COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar da bu baxımdan çox mühüm hadisədir, məhz bu məqsədlə salyanlı gənc rəssamlar da sərgidə tamaşaçı diqqətini təbiətə, iqlimə, yaşıllığa yönləndiriblər.

Sonra “Akvarel yağışı” rəsm sərgisinə baxış olub. Yalnız akvarel texnikasında, natürmort və mənzərə janrında təqdim olunan əsərlərdə gənc və yeniyetmə rəssamlar ana təbiəti, yaşıllıqların qorunmasını, xüsusilə də çiçəkləri təsvir ediblər. Sərgidə 30 nəfərdən çox rəssamın 40-dək əsəri nümayiş olunub. Sərgi boyu gənc rəssamlar canlı formada rəsm əsərləri yaradıblar. Rəsm sərgisində Salyan Rayon Mədəniyyət Mərkəzinin solistlərinin ifasında təbiətə, çiçəklərə həsr olunan musiqilər səsləndirilib.

Qeyd edək ki, “Akvarel yağışı” rəsm sərgisi noyabrın 30-dək tamaşaçıların üzünə açıqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri