Icma.az
close
up
RU
Al gülüm, ver gülüm ... Ukrayanın NATO ya olduğu qədər NATO nun da Ukraynaya ehtiyacı var

Al gülüm, ver gülüm ... Ukrayanın NATO ya olduğu qədər NATO nun da Ukraynaya ehtiyacı var

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Ötən həftə Floridada Ukrayna və Amerika nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra sülh müqaviləsinin layihəsi hələ yekunlaşdırılmayıb, lakin irəliləyiş əldə edilib. RBC-Ukraine məlumatlı mənbəyə istinadən xəbər verir ki, danışıqlar Cenevrədə razılaşdırılmış çərçivəyə deyil, ərazi məsələləri və Ukraynanın NATO üzvlüyü də daxil olmaqla problemli məsələlərə yönəlib. Bu arada, ABŞ Rusiyanın Donbasdan qoşunların çıxarılması ilə bağlı mövqeyini Ukraynaya çatdırıb, Ukrayna tərəfi isə bu yanaşmanı qeyri-mümkün adlandırıb və mövqeyinin dəyişməz qaldığını bildirib. Mənbə potensial həll yollarının tapılması prosesini çox mürəkkəb adlandırıb.

Politoloq Qədir Aslan Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, NATO-nun Ukraynaya çox böyük ehtiyacı var, bu da faktiki olaraq özünü göstərdi: “İlk dəfə olaraq NATO-dan kənar ya NATO + olaraq beşinci bəndin mexanizmi "PURL proqramı" ilə işə düşdü. Buna "Ukraynanın ehtiyaclarının prioritetləşdirilməsi siyahısı" deyirlər. Birbaşa Ukrayna ilə işləyəcək Vizbadendə NATO qərargahı yaradıldı. Ukrayna NATO silahlarını müəyyən miqdarda, məhdud sayda da olsa aldı. Hələ tam nomenklaturanı almayıb. Bundan başqa NATO dövlətlərinin özündə olmayan, dron texnologiyaları və yüksək texnologiyalarının Ukraynaya gətirilməsi baş verdi və böyük silah korporasiyaları Ukrayna hökuməti ilə müqavilələr imzaladı. Hazırda Ukraynanın ərazisində istehsalla məşğuldurlar. Bunlar hamısı defakto Ukraynanın NATO-ya üzvlüyünü təsdiqləyir, sadəcə qalır sənədin imzalanması. Bu, məsələnin bir tərəfidir”.

“Sadəcə əvvəldən belə yazılıb ki, NATO münaqişədə olan dövlətləri öz çətiri altına almır. Bu səbəbdən də tarixi sənəddən irəli gələn texniki çətinliklər var. Zamanla bu da öz həllini tapacaq”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Dekabr 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri