AL Market jurnalistlər üçün mediatur təşkil edib
Icma.az bildirir, Bizimyol portalına istinadən.
“Yüksək keyfiyyət, uyğun qiymət” sloqanını əsas tutan “Al Market” insanların günlük ehtiyacları olan məhsul çeşidliliyi təmin edir.
AL Market müştərilərinin xərclərini hər gün azaltmaq üçün beynəlxalq təcrübədən istifadə edir. Azərbaycanda və xarici ölkələrdə məşhur markaların istehsal olunduğu böyük firmalarda “AL Market”-də satılması üçün məhsullar istehsal etdirir. Bununla da müştəri ödədiyi məbləği sadəcə aldığı məhsul üçün ödəyir. Məhsul markasının məşhurlaşması üçün əlavə xərclərdən istifadə edilmədiyi üçün məhsul müştərilərə daha ucuz qiymət təqdim edilə bilir.

AL Marketin öz məhsulu olan “Sərfəli” duru yağlarının istehsal olunduğu yağ fabrikini ziyarət edən jurnalistlərə burada yaradılmış keyfiyyətə nəzarət sisteminin qüsursuz olduğu əyani şəkildə nümayiş etdirildi.
Jurnalistləri qarşılayan istehsal müəssisəsinin nümayəndəsi Elşən Kərimov jurnalistlərə Qida və Yağ fabrikinin bütün avadanlıqlarının bu sahə üzrə dünyanın ən məşhur və böyük şirkətləri tərəfindən təmin edildiyi barədə məlumat verdi. Müəssisənin İSO sertifikatının tələblərinə tam cavab verdiyini, laboratoriyanın dəfələrlə beynəlxalq müsabiqələrdə mükafatçı və qalib olduğunu qeyd etdi.

Jurnalistlər Sumqayıt Qida və Yağ Fabrikində keyfiyyətə nəzarətin ən yüksək səviyyədə təmin edildiyinə şahid olublar.
Mediaturun videosunu aşağıdakı ekrandan izləyə bilərsiniz:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 07 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















