“AL SARAY” restoranının sahibi ağacları kəsdi, qanunsuz tikinti işləri aparır
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"AL SARAY” restoranının sahibinin tikinti üçün rəsmi icazəsinin olmadığı bildirilir
Paytaxt Bakı və ölkənin böyük şəhərlərində qanunsuz tikinti işləri son zamanlar yenidən füsət alıb. Buna səbəb isə yerli İcra Hakimiyyət orqanlarının və digər cavabdeh qurumların sahibkarlarla gizli şəkildə "anlaşaraq” qanunsuz tikintilərə göz yummasıdır.
Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən "AL SARAY” restoranında da qanunsuz tikinti həyata keçirilir. Belə ki, restoranının həyətində Natiq adlı şəxs tərəfindən ağaclar məhv edilərək, əlavə otaqlar tikilir.
Qeyd edək ki, restoranın həyətində inşa işlərinin aparılması ilə bağlı heç bir rəsmi icazə yoxdur.
Onu da bildirək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Hər hansı bir tikinti üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə alınmalıdır. Ancaq Süleyman Sani Axundov küçəsində yerləşən "AL SARAY” restoranında qanunsuz tikinti işlərini aparan Natiq adlı şəxs ağacların kəsilməsini qeydə alan əməkdaşımızın fəaliyyətinə kobud şəkildə mane olaraq, onun vəsiqəsini yararsız hala salmışdır. Bununla bağlı aidiyyatı qurumlara müraciət olundu.
Məlumatda iddia olunur ki, "AL SARAY” restoranında qanunsuz tikintiyə icazə Binəqədi rayon İcra Hakimiyyəti müavini Hacıbaba Babyev tərəfindən "verilib”.
Daxil olan məlumata görə, Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən "AL SARAY" restoranında qanunsuz tikinti işləri davam etdirilir. Bu isə o anlama gəlir ki, "AL SARAY”da tikinti işləri aparan Natiq adlı şəxs və restoran rəhbərliyi qanunları heçə sayır.
Qanunsuz tikinti ilə bağlı Binəqədi İcra Hakimiyyətindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən heç bir açıqlama almaq mümkün olmadı.
Qurumaların münasibətini dərc etməyə hazırıq.
Heqiqxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 19 Avqust 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















