Alanyada azərbaycanlı gəncin yaraladığı barmen öldü Foto
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Alanya əyalətindəki restoranlardan birində azərbaycanlı barmenin yaraladığı şəxs ölüb.
“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, hadisə Alanyanın Çarşı məhəlləsindəki Barlar küçəsində baş verib.
Məlumata görə, iki barmen – azərbaycanlı Məhəmməd M. və türkiyəli Mustafa Arslan arasında mübahisə düşüb. Mübahisə zamanı Məhəmməd M. qırıq şüşə parçasını götürərək Arslanı boynundan yaralayıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Ağır yaralanan Mustafa Arslan xəstəxanaya aparılsa da, iyunun 18-də vəfat edib.
Şübhəli şəxs Məhammad M. polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilərək təcridxanaya göndərilib. O, ilkin ifadəsində hadisəni söyüşə görə törətdiyini, Mustafa Arslanı öldürmək niyyətinin olmadığını, qarşı tərəfin ilk olaraq hücum etdiyini və törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Fotoda Mustafa Arslan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 20 İyun 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















