Icma.az
close
up
RU
Alaq bitkisi kimi məhv edilən quşəppəyi Yüzlərlə dərdə çarə...

Alaq bitkisi kimi məhv edilən quşəppəyi Yüzlərlə dərdə çarə...

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim qurşaqlarında yayılıb. Azərbaycanda bitkinin yalnız bir növü olan adi quşəppəyi (Capsella bursa pastoris) vardır.

Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq rozet formalıdır. Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir.

Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, alaq otu bilərək məhv edirlər.

Dərman bitkiləri kateqoriyasına daxil olan bu bitkinin faydaları çoxdur:

Orqanizmdə yaranan iltihabi xəstəliklərə qarşı çox faydalıdır. İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu bitki həm də orqanizmi təmizləyir. Tərkibindəki saponin və peptid sayəsində qanın laxtalanmasını artırır. Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasının dayandırılmasında çox faydalıdır. Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sisteminin işini tənzimləyir. Bağırsaq sancılarını aradan qaldırır. Qadınlarda menstrual qanaxmaların qarşısını almaq üçün tətbiq olunur. Menstruasiya öncəsi stresi azaltmağa kömək edir. Düzənsiz menstrual qanaxmaların nizamlanmasında da təsirlidir. Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün də faydalıdır. Quşəppəyi ağız boşluğu xəstəliklərində, diş ağrılarında və ağız yaralarında yarasağaldıcı təsirinə görə istifadə olunur. Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir. Bağırsaq çatları və babasil zamanı faydalıdır. Tərkibi kalsiumla zəngin olduğuna görə sümük sağlamlığı üçün faydalıdır.

Adətən quşəppəyi qurudulmuş ot şəklində istifadə olunur, lakin onu yağ və çay şəklində də qəbul etmək olar. May-iyun aylarında çıxan bu bitki kölgədə qurudulur və hava keçirməyən qablarda saxlanılır. 1 çay qaşığı quşəppəyi 1 stəkan qaynar suda on dəqiqə dəmlənərək gündə ən az iki dəfə qəbul edilə bilər. Quşəppəyi ilə oynaqlarda və dəri altında yığılan iltihablar təmizlənir. Qan dövranını sürətləndirərək orqanizmdə olan zərərli maddələri xaric edən quşəppəyi (çobançantası) qanın laxtalanmasını təmin edir. Tez-tez burun qanaması olanlar və ya qan durulaşdıran dərmanlardan istifadə səbəbindən qulaq qanaması olanlar bu bitkidən istifadə edə bilərlər. Ancaq istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir. Bu bitkinin həkim məsləhəti olmadan istifadəsi sağlamlıq problemlərinə səbəb olacaq.f

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri