“Alatoranlıq”ın aktyoru onların 2 milyonluq borcunu ödədi
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Alatoranlıq”ın uelsli aktyoru Maykl Şin bu addımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktyor 900 Uels sakininin 1 milyon funt sterlinq (2 milyon manatdan çox) məbləğində borcunu ödəyib.
Bu məbləğin 100 min funt sterlinqi onun öz şəxsi hesabından, qalan isə maddi sıxıntı yaşayan insanlara yardımçı olan şirkəti tərəfindən ödənilib. Belə ki, Şinin biznesi Britaniya borclarını satın alıb.
“İnsanın bu dövrlərdən çıxması üçün köməyə ehtiyacı var. İnsanlar borc spiralında ilişib qalırlar və bir dəfə batdıqlarında çıxmaqları çox çətindir. Buna görə də bir şirkət qurmaq istədim. Bununla da insanlara vəziyyəti dəyişdirməyin mümkün olduğunu çatdırmaq istədim" deyə, aktyor bildirib.
Baxış sayı:108
Bu xəbər 10 Mart 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















