Alazan və Katexçay daşdı, 200 hektar ərazi su altında qaldı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.
Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.
Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsindən bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 May 2025 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















