Albaniyada braziliyalı voleybolçunun cinsiyyəti ilə bağlı şübhə yaranıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Albaniya Voleybol Federasiyası Tirana “Dinamo”sunun braziliyalı oyunçusu Nayara Ferreyranı cinsiyyət kimliyi ilə bağlı şübhələr səbəbindən yarışlardan diskvalifikasiya edib.
İdman.Biz "Balkan Insight"a istinadən xəbər verir ki, idmançı bir neçə həftə müddətinə yarışlardan uzaqlaşdırılıb və gender testi verməyə məcbur edilib.
Albaniyanın diskriminasiyadan müdafiə üzrə səlahiyyətlisi Robert Qayda məsələ ilə bağlı araşdırma aparacaqlarını bildirib.
“Dinamo” klubunun baş məşqçisi Orlando Kodja isə qərarla razılaşmadığını deyib və bu addımın təhlükəli presedent yarada biləcəyini vurğulayıb. Onun sözlərinə görə, Ferreyra testin nəticəsini aldıqdan sonra Albaniyanı tərk etməyi planlaşdırır.
Baxış sayı:64
Bu xəbər 03 Noyabr 2025 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















