Albaniyanın Baş naziri iqlim sammitində iştirak məqsədilə Azərbaycana gəlib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Albaniya Respublikasının Baş naziri Edi Rama BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Albaniyanın Baş naziri iqlim sammitində iştirak məqsədilə Azərbaycana gəlib
11 Noyabr 2024 18:39

