Icma.az
close
up
RU
“Albasete” “Barselona”: nəhəng üçün ciddi sınaq İCMAL

“Albasete” “Barselona”: nəhəng üçün ciddi sınaq İCMAL

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniya Kubokunun 1/4 final mərhələsində bu gün “Albasete” doğma Karlos Belmonte stadionunda “Barselona”nı qəbul edəcək. Turnirin bu mərhələsində qalib yarımfinala yüksələcək.

İkinci La Liqa təmsilçisi olan “Albasete” hazırda Kubokda yoluna davam edən yeganə aşağı liqa komandasıdır və bunu təsadüfən bacarmayıb. Komanda 1/16 finalda “Selta”nı, 1/8 finalda isə dramatik qarşılaşmada “Real Madrid”i 90+3-cü dəqiqədə vurulan tarixi qolla 3:2 hesabı ilə məğlub edərək böyük sensasiyaya imza atıb. Bu qələbədən sonra ispan mediası komandanı “mataqiqantes” (nəhəngləri məğlub edən komanda) adlandırılır.

“Real” üzərində qələbədən sonra Alberto Qonsalesin rəhbərlik etdiyi kollektiv əla formada çıxış edir. “Albasete” ardıcıl olaraq “Kadiz” və “Valyadolid”i minimal hesabla məğlub edib, son turda isə “Saraqosa” üzərində 2:0 hesablı qələbə qazanıb. Bu üç oyunun hamısında qapısını toxunulmaz saxlayan komanda hazırda İkinci La Liqada 12-ci pillədə qərarlaşıb.

“Barselona” isə "Elçe"yə qarşı La Liqada qeyri-adi və çətin qələbədən sonra diqqətini tam şəkildə Kral Kubokuna yönəldib. Hansi Flikin komandası favorit hesab olunsa da, İspaniya mediası bu səfərin son dərəcə çətin olacağını vurğulayır. “Albasete”nin “Real”a qarşı tətbiq etdiyi beşli müdafiə, aşağı blok və az səhvlə oynama strategiyasının bu oyunda da istifadə ediləcəyi gözlənilir.

Kataloniya klubunun əsas hədəfi oyunu erkən mərhələdə nəzarət altına almaq və dramatik ssenaridən qaçmaqdır. Müdafiədə son zamanlar riskli anlar yaşayan “Barselona”nın topa nəzarət və presinqdə maksimum diqqətli olması vacib sayılır.

İspan mətbuatında geniş yer alan açıqlamada “Albasete”nin baş məşqçisi Alberto Qonsales bildirib ki, komanda üzərində heç bir təzyiq yoxdur və şəhərdə böyük coşğu yaşanır. Onun sözlərinə görə, “Barselona” çox yüksək səviyyədədir, lakin futbol elə bir oyundur ki, hər zaman anlar yaranır və həmin anlardan maksimum istifadə etməyə çalışacaqlar.

Qarşılaşmanı Xose Luis Munuera Montero idarə edəcək. VAR-da isə Valentin Pisarro Qomes çalışacaq. Transfermarkt portalının məlumatına görə, Munuera Monteronun “Barselona” ilə oyunlarda ümumi balansı 32 matçda 23 qələbə, üç heç-heçə və altı məğlubiyyətdir. Onun son dəfə Kataloniya klubunun oyununu idarə etdiyi görüş İspaniya Superkubokunun finalı olub və həmin matçda “Barselona” “Real Madrid”i 3:2 hesabı ilə məğlub edib.

İspaniya mediası qeyd edir ki, bu oyun “Albasete” üçün klub tarixinin ən böyük gecələrindən biri, “Barselona” üçün isə potensial tələlərlə dolu real döyüş olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Fevral 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri