Icma.az
close
up
RU
Alça ağacda qalıb, bazarda isə bahadır səbəb nədir?

Alça ağacda qalıb, bazarda isə bahadır səbəb nədir?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Bazarlarda alçanın qiyməti kəskin yüksək qiymətlərlə təklif olunsa da, fermerlər məhsulun ağaclarda qaldığını bildirirlər. Məhsul bolluğuna baxmayaraq qiymətlərin aşağı düşməməsi isə yenidən bazardakı rəqabət mühiti və satış mexanizmləri ilə bağlı müzakirələri gündəmə gətirir. Belə ki, oxşar vəziyyət digər kənd təsərrüfatı məhsulları ilə yanaşı, mövsümi alça bazarında da müşahidə olunur.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, bu problem, təkcə alça ilə bağlı deyil, digər məhsullarda da eyni vəziyyət müşahidə olunur.

"Bunun əsas səbəbi bazarda sağlam rəqabət mühitinin olmamasıdır. Biz bunu dəfələrlə vurğulamışıq. Bakı şəhərində cəmi bir topdansatış bazarının fəaliyyət göstərməsi normal hal deyil. Ən azı üç topdansatış bazarı olmalıdır ki, onlar arasında real rəqabət yaransın.

Bazarların sayı çox olduqda hər bir topdansatış mərkəzi daha çox məhsul cəlb etməyə çalışacaq. Bu zaman qazanc qiyməti süni şəkildə artırmaqla deyil, dövriyyə hesabına formalaşacaq. Belə bir şəraitdə onlar fermerlər və kəndlilərlə müqavilələr bağlamağa məcbur olacaqlar ki, istehsal olunan məhsullar birbaşa həmin bazarlara və ya orada fəaliyyət göstərən tədarükçülərə təqdim edilsin. Bu isə həm sağlam bazar mühiti yaradacaq, həm də qiymətlərin aşağı düşməsinə səbəb olacaq".

Ekspert həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda bir çox məhsulun qiyməti digər ölkələrlə müqayisədə daha yüksəkdir:

"Bununla bağlı dəfələrlə faktlar və statistik məlumatlar təqdim etmişik. Problemin əsas həlli yollarından biri Bakı şəhərində bir neçə topdansatış bazarının yaradılması və onların arasında rəqabətin təmin olunmasıdır.

Digər vacib məsələ isə kəndlinin istehsal etdiyi məhsulu rahat şəkildə bazara çıxara bilməsi üçün şərait yaradılmasıdır. Böyük şəhərlərdə, xüsusilə Bakı və ətraf ərazilərdə bələdiyyələr tərəfindən mütəmadi yarmarkalar təşkil olunmalıdır. Türkiyədə, məsələn Ankara, İstanbul və digər şəhərlərdə belə yarmarkalar davamlı şəkildə keçirilir və bu, bazarda ciddi hərəkətlilik yaradır.

Bəziləri düşünür ki, dövlət tərəfindən təşkil olunan yarmarkalar kifayətdir. Amma əsas məsələ odur ki, həmin yarmarkalarda məhsulu birbaşa istehsalçılar, yəni kəndlilər satsınlar. Türkiyədə keçirilən yarmarkalarda iştirak etmişəm və orada məhsul satan insanların həqiqətən istehsalçı olduqlarını görmüşəm. Azərbaycanda isə çox vaxt vasitəçilər bazara çıxır və nəticədə kəndlinin qazancı azalır".

V.Məhərrəmov onu da əlavə edib ki, əgər belə bir mühit yaradılsa, kəndlinin soğanı, kartofu, yerköküsü və digər məhsulları əlində qalmaz:

"Kəndli məhsulunu rahat şəkildə bazara çıxarıb sata bilər. Bu da həm istehsalçının maraqlarını qoruyar, həm də qiymətlərin tənzimlənməsinə kömək edər.

Hazırda bazarda müəyyən monopoliyanın formalaşdığı hiss olunur. Ayrı-ayrı qruplar bazara nəzarəti ələ keçiriblər və digər iştirakçıların fəaliyyət imkanlarını məhdudlaşdırırlar. Nəticədə qiymətlər süni şəkildə yüksək saxlanılır. Halbuki bu qiymətlər Azərbaycanın əhalisinin alıcılıq qabiliyyətinə uyğun deyil. İnsanların gəlirləri ilə bazardakı qiymətlər arasında ciddi uyğunsuzluq yaranıb.

Buna görə də bazarda rəqabətin artırılması, kəndlinin birbaşa satış imkanlarının genişləndirilməsi və davamlı yarmarkaların təşkili vacib addımlar hesab olunur", - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri