Aleksandar Vuçiç bu gün Bakıya gəlir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Serbiya Prezidenti Aleksandar Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.
Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.
Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.
Serbiya Prezidenti dövlət və hökumət başçılarının qatıldığı Forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. A.Vuçiçin həmçinin forum iştirakçıları və yüksək vəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır.
Baxış sayı:137
Bu xəbər 17 May 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















