Aleksandar Vuçiç “Expo Osaka 2025”də Serbiya pavilyonunu ziyarət edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Belqrad, 15 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç Yaponiyaya işgüzar səfəri çərçivəsində “Expo Osaka 2025” ümumdünya sərgisindəki ölkə pavilyonuna baş çəkib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç Serbiya pavilyonunun ölkənin kimliyini, ideyalarını və baxışını təqdim etdiyini bildirib. Qeyd edib ki, indiyədək pavilyonu 800 mindən çox insan ziyarət edib.
“Bu, həqiqətən əla nəticədir və biz ziyarətçilərin sayının bir milyonu keçəcəyini gözləyirik. Ölkəmiz dünyaya öz yaradıcılığını, yeniliyini və potensialını təqdim edir. Serbiya Şərqlə Qərb arasında körpüdür, necə ki, Osakadakı pavilyonumuz iki dünya sərgisi: “Expo Osaka 2025” və “EXPO Belqrad 2027” arasında simvolik körpünü təmsil edir”, - deyə o vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:90
Baxış sayı:90 Bu xəbər 15 Sentyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 15 Sentyabr 2025 20:15 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















